“Buğalar” “ayılar”ın müqavimətini dəf etməyi bacarsalar Dollar indeksi daha da yüksələ bilər
Cümə axşamı Amerikada açıqlanan iqtisadi göstəricilərin, xüsusilə də özəl sektorda məşğulluğa dair rəqəmlərin proqnozlardan yaxşı açıqlanması, bu gün dərc olunacaq 2022-ci ilin son “NFP” məlumatları öncəsi dollar indeksinin yenidən 105 bənd hədlərinə qədər yüksəlməsinə səbəb oldu. Nəticədə EUR/USD məzənnəsi 1.05$, GBP/USD məzənnəsi isə 1.19$-ə qədər ucuzlaşdı. Təhlillərə əsasən, “buğalar” 106 bənd səviyyəsində “ayılar”ın müqavimətini dəf etməyi bacarsalar, DXY 110 bənd hədlərinə kimi yüksələ bilər.
Dolların kəskin bahalaşması fonunda qızıla tələb azaldı. Həmçinin texniki mənzərəyə əsasən XAUUSD-nin həm günlük qrafikində müşahidə olunan divergensiya, həm də həftəlik qrafikində qiymətlərin “Bellinger Bands”-ın yuxarı xəttindən qayıtması “ayılar”ın müqavimət gücünü artırdı. Nəticədə 1858$ həddində müqavimətlə qarşılaşan qızıl yenidən 1826$-a kimi ucuzlaşdı. Təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 1834$ səviyyəsinin altına düşsə, müşahidə olunan korrektiv enişlər 1809$-a qədər davam edə bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)















.jpg)
