“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi gəlir və mənfəətini açıqlayıb
“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan "Meta" şirkəti 2022-ci il üzrə hesabatını açıqlayıb.
Marja xəbər verir ki, şirkətin ötən ilin 4-cü rübündəki (oktyabr-dekabr) gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4% azalaraq 32,2 milyard dollara düşüb. "Meta" 2021-ci ilin dördüncü rübündə 33,7 milyard dollar gəlir əldə etmişdi.
Bu dövrdə şirkətin gəlirlərinin azalmasına baxmayaraq, 31,6 milyard dollarlıq bazar proqnozunu üstələyib.
2022-ci ildə Meta-nın gəlirləri isə 2021-ci ilə nisbətən 1% azalaraq 116,6 milyard dollara enib.
Meta-nın xalis mənfəəti də ötən ilin dördüncü rübündə 55 faiz azalaraq 4,7 milyard dollar olub. Şirkət 2021-ci ilin son rübündə 10,3 milyard dollar mənfəət əldə etdiyini açıqlamışdı.
ABŞ texnologiya şirkətinin 2022-ci ildə xalis mənfəəti 2021-ci illə müqayisədə 41% azalaraq 23,2 milyard dollara düşüb.
Meta "çətiri" altında olan "Facebook"un gündəlik və aylıq aktiv istifadəçilərinin sayı bu dövrdə artmağa davam edib.
Facebook-un gündəlik aktiv istifadəçilərinin sayı 2021-ci ilin dekabr ayı ilə müqayisədə 4 faiz artaraq 2 milyarda çatıb. Eyni dövrdə sosial şəbəkə saytının aylıq aktiv istifadəçilərinin sayı 2 faiz artaraq 2,96 milyarda çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)

