İş adamı Ramin Süleymanov böyük ziyanda - Belarus, Ukrayna və Rusiyadan gətirdiyi 63 ton kartofu məhv edildi
63 ton kartof məhv edilib.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Marja Agentliyə istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun idxal etdiyi Belarus Respublikasının “Экономфрукт” şirkətinə məxsus 21 ton, Ukrayna Respublikasının “Внешняя торговля и переработка" şirkətinə məxsus 21 ton və Rusiya Federasiyasının “Агромир” şirkətinə məxsus 20,95 ton kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























