Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Trampın imzası üçün geri sayım

ABŞ Prezidenti Donald Tramp "Truth Social" platforması üzərindən verdiyi açıqlamada potensial razılaşmanın qüvvəyə minməsi üçün bəzi şərtləri sadalayıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampın imzası üçün geri sayım
iç səhifə xəbər şəkil altı (mobil)_32

Qlobal bazarların və diplomatik dairələrin nəfəsini tutaraq gözlədiyi İranla atəşkəs prosesi ABŞ Prezidenti Donald Trampın yekun qərarından asılıdır.

Marja xəbər verir ki, Prezident Tramp sosial media paylaşımında İranla əldə olunması planlaşdırılan razılaşmanı müzakirə etmək üçün Ağ Evin Situasiya Otağında iclas keçirəcəyini və razılaşma ilə bağlı son qərarını verəcəyini açıqlayıb.

Prezident Tramp "Truth Social" platforması üzərindən verdiyi açıqlamada potensial razılaşmanın qüvvəyə minməsi üçün tələb olunan maddələri bu şəkildə sıralayıb:

Nüvə silahı maneəsi: İranın nüvə silahı inkişaf etdirməməyi qəbul etməsi.

Hörmüz boğazı və dəniz təhlükəsizliyi: Qlobal enerji təchizatı üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən gəmi hərəkətinə açılması və bölgədəki bütün dəniz minalarının təmizlənməsi.

Blokadanın aradan qaldırılması: ABŞ-ın İran üzərindəki dəniz blokadasına sona çatdırması.

Uranın təmizlənməsi: İranın əlindəki yüksək dərəcədə zənginləşdirilmiş uranın ABŞ tərəfindən bölgədən uzaqlaşdırılması və məhv edilməsi.

“Pul axını olmayacaq”

Razılaşmanın maliyyə tərəfi ilə bağlı Tramp “Növbəti açıqlamaya qədər heç bir şəkildə pul transferi həyata keçirilməyəcək”, - ifadələrini işlədib.

Daha az əhəmiyyət daşıyan digər maddələr üzrə artıq razılıq əldə olunduğunu bildirən Prezident, “Yekun qərarı vermək üçün hazırda Situasiya Otağına keçirəm”, - deyərək danışıqların son mərhələyə çatdığına işarə edib.

İran tərəfi ABŞ ilə razılaşmanı təsdiqləməyib

İran mətbuatı ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə olunduğuna dair bəyanatlarının əksinə olaraq, hələ razılaşmanın əldə edilmədiyini bildirib.

"Fars" Xəbər Agentliyi ABŞ ilə danışıqlar barədə məlumatlı mənbələrə istinadən yaydığı xəbərində Trampın İranla mümkün razılaşma ilə bağlı son iddialarının doğru olmadığını yazıb.

Sözügedən mənbələr Trampın bəyanatlarını “doğru və yalanın qarışığı” kimi xarakterizə edərək, ABŞ Prezidentinin “saxta qələbə nümayiş etdirmək cəhdi” içində olduğunu bildiriblər.

Razılaşma mətninin “öhdəlik qarşılığında öhdəlik” çərçivəsində hazırlandığını bildirən iranlı mənbələr Tehranın razılaşmanı hələ təsdiqləmədiyini qeyd ediblər.

Trampın İranın Hörmüz boğazını hər hansı ödəniş almadan gəmi hərəkətinə açacağına dair iddiasının doğru olmadığı, razılaşma mətnində belə bir maddənin yer almadığı və İranın blokadanın aradan qaldırılmasından sonra boğazı əvvəlcədən müəyyən edilmiş öz qaydalarına uyğun şəkildə yenidən açacağı bildirilib.

Donald Tramp İran ABŞ atəşkəs İran razılaşması Truth Social Ağ Ev Situasiya Otağı Hörmüz boğazı nüvə silahı zənginləşdirilmiş uran dəniz təhlükəsizliyi dəniz blokadası ABŞ İran münasibətləri qlobal bazarlar enerji təhlükəsizliyi diplomatik danışıqlar
30.05.2026 10:55
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19