“ÇEMP Su”nun Böyük Qafqaz dağlarının bulaq suyu olmadığı aşkar edilib - fəaliyyəti məhdudlaşdırıldı
Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Marja-ya verilən məlumata görə, istehlakçı şikayəti əsasında Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində Biləcəri şosesi, 1 May küçəsində yerləşən “ÇEMP Su” MMC-yə məxsus su emalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qablaşdırılan “ÇEMP Su” əmtəə nişanlı suların etiket məlumatlarında suyun mənbəyinin “Böyük Qafqaz sıra dağlarının bulaqlarından ekoloji təmiz su”dan əldə edildiyi qeyd olunsa da, mərkəzləşdirilmiş su sistemindən gələn suları filtr etməklə qablaşdırıldığı müəyyən edilib. Eyni zamanda, müəssisənin qida sahəsində normativ-hüquqi aktların tələblərinə cavab vermədiyi, qanunvericiliyə zidd olaraq məhsulların üzərində “müalicəvi” sözünün qeyd olunduğu, ehtiyat su çəninin, filtrlərin, qablaşdırma avadanlığının müvafiq qaydalara uyğun təmizlənməsi, mexaniki filtrlərin, kömür və qum filtrlərinin dəyişilməsi ilə bağlı qeydiyyatın aparılmasına dair təsdiqedici sənədlərin olmadığı, qida məhsulları ilə təmasda olan avadanlıqların yuyulması üçün nəzərdə tutulmayan kimyəvi maddədən istifadə edildiyi aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub və müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib. “ÇEMP Su” əmtəə nişanlı sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsi barədə əlavə məlumat veriləcək.
Agentlik su satışı ilə məşğul olan ticarət şəbəkələrinə bir daha xəbərdarlıq edərək bildirir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab verməyən bu kimi məhsulların satışı dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcək.
İstehlakçılardan hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə dərhal agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermək xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























