“McDonald's” tarixdə ilk dəfə klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik edib - VİDEO
(®) Dünyanın ən böyük “fast food” şəbəkəsi olan “McDonald's” klassik burgerlərin reseptinə və hazırlanma texnologiyasına dəyişiklik etdiyini açıqlayıb.
Dəyişiklik əfsanəvi “Big Mac”, eləcə də “Double Cheeseburger” və “Royal Cheeseburger” də daxil olmaqla, demək olar ki, bütün burgerlərə təsir edib.
“McDonald's” nümayəndələrinin sözlərinə görə, resept və istehsal prosesinə edilən dəyişikliklər əfsanəvi burgerləri daha dadlı və ləziz etmək məqsədi daşıyır.
Beləliklə, yeniliklər artıq “McDonald's” restoranlarının mətbəxində özünü göstərməyə başlayır. Burada ət yeni, təkmilləşdirilmiş texnologiya ilə hazırlanır ki, nəticədə qonaqlara daha isti və ləziz burgerlər təqdim olunur.
Artıq pendir dilimləri də yeni üsulla isidilir və bu, onların daha tez əriməsinə səbəb olur.
Yeni bulkalar da klassik burgerlərə xüsusi dad verir. Artıq “McDonald's”da daha çox karamelizə olunmuş bulkalardan istifadə edilir, bulkaların daha intensiv qızarmasını təmin edən hazırlanma üsulu tətbiq edilir.
Eyni zamanda, dadını daha da zənginləşdirmək üçün indi “Big Mac”a daha çox sous əlavə edilir.
Qeyd edək ki, yenilənmiş burgerləri artıq “MakAvto” və “McDelivery” də daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən “McDonald’s” restoranlarında əldə etmək olar.
Şirkət nümayəndələri əmindirlər ki, “McDonald's”ın beynəlxalq strategiyasına uyğun olaraq həyata keçirilən bu dəyişikliklər klassik burgerləri ziyarətçilər üçün daha da cəlbedici edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















