"İran tərəfindən addımlar atıldığını görürük, Azərbaycan tərəfi də adekvat addımlar atacaq"
Azərbaycan-İran Dövlət Komissiyasının həmsədrlərinin görüşü keçiriləcək.İran tərəfindən arada olan gərginlik və fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində addımların atıldığını görürük.
Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Qarşılıq olaraq, Azərbaycan tərəfi də adekvat addımlar atacaq. Azərbaycanla İran arasında bir çox iqtisadi layihələr var ki, bəziləri artıq icra olunur, bəziləri ilə bağlı işlər gedir. Yaxın günlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq. Görüş İranın Astara şəhərində keçiriləcək. Görüşdə nəqliyyat, su resurslarının birgə istifadəsi və digər istiqamətlərdə danışıqlar aparılacaq", - nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan tərəfindən Komissiyanın həmsədri baş nazirinin müavini Şahin Mustafayevdir.
"İranda səfirliyimizin təhlükəsizliyi tam zəmanətə alındıqdan sonra fəaliyyətinin bərpası planlaşdırıla bilər"
"Azərbaycan səfirliyinin İranda fəaliyyətinin dayandırılması təhlükəsizliklə bağlı olub", - Ceyhun Bayramov deyib.
"Azərbaycan tərəfinin bu yöndə konkret tələbləri və gözləntiləri var. Azərbaycan Prezidenti ilə İran xarici işlər nazirinin görüşü zamanı da qeyd edildi ki, istintaq işi davam etdirilir. Təbii ki, Azərbaycan tərəfi günahkarların ən ciddi şəkildə cəzalandırılmasını gözləyir. Ancaq bundan sonra səfirliyimizin təhlükəsizliyi tam zəmanətə alındıqdan sonra diplomatik missiyanın fəaliyyətinin bərpası planlaşdırıla bilər", - nazir əlavə edib.
"Prezidentlə İran XİN rəhbərinin görüşündə gərginliyə səbəb olan mövzular açıq müzakirə edilib"
"Son zamanlar İranla Azərbaycan arasında münasibətlərdə ciddi gərginliklər yaşanıb. Bunun çox ciddi səbəbləri var idi. İranın XİN rəhbərinin Azərbaycana səfərini, Azərbaycan Prezidenti ilə görüşünü çox yüksək qiymətləndiririk. Görüş zamanı gərginliyə səbəb olan mövzular açıq şəkildə müzakirə edilib", - nazir əlavə edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 43 d. əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib

























