Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları yüksək diqqət və qayğı ilə əhatə olunurlar
(®) ADY (Azərbaycan Dəmir Yolları) korporativ sosial məsuliyyət çərçivəsində sosial cəhətdən həssas qruplardan olan şəxslərin potensialının artırılması və onların əmək bazarında rəqabətə davamlılığının təmin edilməsi üçün müvafiq addımlar atır.
O cümlədən, şəhid dəmiryolçu ailələrinin, həmçinin ailə üzvü şəhid olmuş əməkdaşların sosial problemlərinin həlli, işlə təmin olunması və təhsil sahəsindəki ehtiyaclarının qarşılanması istiqamətində davamlı olaraq işlər görülməkdədir.
Bu günlərdə ADY-nin Gəncə şəhərindən olan şəhid əməkdaşı Asif Qocayevin məktəbli övladları Məryəm və Xədicə Qocayevaların tədris ilini uğurla başa vurmaları, həmçinin Uşaq Musiqi Məktəbində təhsillərini davam etdirmələri xüsusi sevinclə qarşılanır. Şəhid və qazi övladlarının yay tətilinin səmərəli keçirilməsi üçün Dəmiryolçuların Nabran qəsəbəsində yerləşən “Lokomotiv’’ İstirahət Mərkəzində onlara lazımi şərait yaradılmışdır.
Qeyd edək ki, ADY əməkdaşlarından I Qarabağ müharibəsində 79, II Qarabağ müharibəsində isə 4 nəfər şəhid olmuşdur. ADY-nin müxtəlif strukturlarında ümumilikdə 792 nəfər Qarabağ müharibəsi iştirakçısı çalışır, bunlardan 526 nəfər I Qarabağ, 266 nəfər isə II Qarabağ müharibəsinin iştirakçılarıdır.
Hazırda ADY tərəfindən Vətən müharibəsi şəhidlərinin azyaşlı övladlarını himayə edən şəxslərə aylıq əsaslarla maddi yardım göstərilir, ali təhsil alan şəhid övladlarına isə təhsillərini başa vuranədək müavinət ödənilir.
Qazi əməkdaşların karyera inkişafı, bilik və səriştələrinin artırılması, yeni peşələrin qazanılması istiqamətində peşəkar mentorların iştirakı ilə vaxtaşırı təlim sessiyaları təşkil olunur.
Xatırladaq ki, dəmiryolçu olmayan daha 53 şəhid ailəsinin üzvü ADY-də işlə təmin olunub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 29 d. əvvəl
- 38 d. əvvəl
-
49 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)





.jpg)


.jpg)








