“Baku City Residence”in yaşayış komplekslərində elektromobillər üçün enerjidoldurma məntəqəsi quraşdırılacaq - ÖDƏNİŞSİZ OLACAQ
(®) Eko-dost mövqeyi ilə seçilən “Baku City Residence” daşınmaz əmlak brendi yaşayış komplekslərinin ərazisində ekoloji təmiz mühitin yaradılması, eləcə də kompleksin sakinləri arasında “yaşıl avtomobillər”dən istifadə ənənəsinin artırılması məqsədilə Avropanın enerji infrastrukturu - “VoltUp” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı.
Memorandum çərçivəsində “Baku City Residence”-in bütün yaşayış komplekslərində “VoltUp” şirkətinin dəstəyi ilə elektrikli avtomobillər üçün ən müasir və innovativ şarj avadanlıqları, eləcə də enerjidoldurma məntəqələri quraşdırılacaq.

Kommersiya fəaliyyətində ekoloji prinsiplərə sadiqliyinə “yaşıl işıq” yandıran “Baku City Residence” brendinin sakinləri üçün müasir texnoloji avadanlıqların qurulması ödənişsiz olacaq.
Ənənəvi dayanacaq ilə yanaşı, elektromobillər üçün ağıllı parkinq sisteminin yaradılması həm kompleksin sakinlərini əlavə xərclərdən və qayğılardan azad edəcək, həm də ölkənin “yaşıl iqtisadiyyatı”na dəstək olacaq.
Qeyd edək ki, elektrikli avtomobil istifadəsini təşviq edən, eləcə də iqlim dəyişikliyinə diqqət çəkməyə çalışan “Baku City Residence” şirkəti “yaşıl enerji” imkanlarını yaxın gələcəkdə hər kəsə əlçatan etməklə, Azərbaycanda bu sahənin liderinə çevrilməyi hədəfləyir.

“Baku City Residence” Azərbaycan daşınmaz əmlak bazarında özünəməxsus yerə və zəngin təcrübəyə malik olan bir brendidir. Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residence”, müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir.
Qeyd edək ki, “Baku City Residence” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club” kimi layihələrə imza atıb.
“VoltUp” Avropanın elektrikli avtomobillərin doldurulması və idarə edilməsi üzrə ixtisaslaşmış, texnoloji həllərin ilk müstəqil təminatçısıdır.
Şirkət müştəriləri üçün gündəlik rahatlığı innovasiyalarla birləşdirməklə yeni biznes modelləri təqdim edir. Hər kəsi birlikdə yeni inkişaf imkanları yaratmağa dəvət edən “VoltUp”, müştəriləri və tərəfdaşları yaşıl enerjiyə yönəlik fəaliyyətlərə töhfə verir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 30 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























