BP-nin xalis mənfəəti 5 dəfə azalıb
Böyük Britaniyanın neft və qaz nəhəngi BP Plc.-nin səhmdarlarına aid olan xalis mənfəəti bu ilin birinci yarısında 10,01 milyard dollar təşkil edib.Şirkət ötən ilin eyni dövründə 11,127 milyard dollar zərər etmişdi. BP-nin bu ilin ikinci rübdə xalis mənfəəti 5,2 dəfə azalaraq 1,792 milyard dollar olub.Böyük Britaniyanın neft-qaz şirkəti BP-nin 2023-cü ilin ikinci rübündə şirkətin səhmdarlarına məxsus xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə azalaraq 1,8 milyard dollar təşkil edib. Şirkət ötən ilin 2-ci rübündə 9,3 milyard dollar xalis mənfəət əldə etmişdi.
Marja.az xəbər verir ki, ilin birinci yarısında (yanvar-iyun) bu rəqəm ötən ilin eyni dövründəki 11,1 milyard dollar zərər ilə müqayisədə 10 milyard dollar mənfəət təşkil edib.
Vergiləri çıxdıqdan sonra hesablanan mənfəəti bir il əvvəlki 8,45 milyard dollardan 3 dəfə azalaraq 2,6 milyard dollara düşüb.
Şirkət zəif nəticələrini - əhəmiyyətli dərəcədə aşağı emal marjası, neft ticarətində zəif nəticələr, neft və qaz satışlarının azalması ilə əlaqələndirib.
BP-nin 2-ci rüb üzrə (aprel-iyun) gəliri 28% azalaraq bir il əvvəlki 69,5 milyard dollarla müqayisədə 49,48 milyard dollar təşkil edib.
Bu ilin birinci yarısında (yanvar-iyun) BP-nin cəmi gəliri, birgə müəssisələrdən əldə edilən gəlirlər nəzərə alınmaqla, 11,8% azalaraq 106,43 milyard dollar təşkil edib.
İyunun 30-na BP-nin xalis borcu 23,66 milyard dollar təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 3,7% çoxdur.
BP-nin son yarım ildə karbohidrogen hasilatı illik müqayisədə 3,4% artaraq gündəlik 2,301 milyon barel neft ekvivalenti təşkil edib.
Şirkət karbohidrogen hasilatının ötən illə müqayisədə daha çox olacağını gözləyir. BP neft qiymətlərinin mövsümi tələb və OPEC+ hasilatının azaldılması ilə dəstəklənəcəyini gözləyir.
BP Britaniya şirkətidir, dünyanın altı ən böyük neft-qaz korporasiyasından biridir. Şirkət 1909-cu ildə yaradılmışdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)









.jpg)


