Qazın qiymətinin yenidən 1000 dolları keçəcəyi proqnozlaşdırılır
Avstraliyada işçilərin tətilləri iri mayeləşdirilmiş təbii qaz (LNG) zavodlarının fəaliyyətini dayandırarsa, dünya bazarı 50 milyard kubmetr qaz itirə və birja qiymətləri min kubmetr üçün 1000 dollardan yuxarı qayıda bilər.
Marja xəbər veriir ki, bu barədə bir sıra ekspertlər bildirir.
Çərşənbə günü Londonun ICE birjasında təbii qaz kotirovkaları iyunun 21-dən bəri ilk dəfə olaraq min kubmetr üçün 450 dollar həddini keçib və ticarət zamanı 40% bahalaşaraq 500 dolları da görüb. Bu, ötən ilin avqust ayının birinci yarısı ilə müqayisədə dörd dəfə aşağı, lakin 2017-2021-ci illərin avqust ayında orta göstəricidən iki dəfə yüksəkdir.
ABŞ-dan sonra dünyanın ikinci ən böyük LNG ixracatçısı olan Avstraliyadakı Woodside və Chevron-un mayeləşdirmə zavodlarında tətil təhlükəsi səbəbindən qiymətlər artıb. Bu, qlobal mayeləşdirilmiş qaz ixracının təxminən 10%-ni poza bilər. Qərb mediası yazır ki, Chevron və Woodside tətillərin qarşısını almaq üçün həmkarlar ittifaqları ilə danışıqlar aparır.
"Əgər tətillər nəticəsində Chevron və Woodside şirkətlərinin Avstraliya aktivləri həqiqətən fəaliyyətini dayandırarsa, qlobal bazar illik ifadədə təqribən 50 milyard kubmetr təbii qaz itirə bilər. Eyni zamanda, təbii qazın bazarlarda kotirovkaların yüksəldiyi müşahidə olunur. Avropa və Asiya, şübhəsiz ki, əhəmiyyətli artım nümayiş etdirəcək və yüksək ehtimalla 2022-ci ildə müşahidə olunan rekord səviyyələrə - 1000 dollardan yuxarı səviyyəyə qayıda bilər”, - "Implementa" şirkətinin baş məsləhətçisi İvan Timoni deyib.
Əvvəllər də Avstraliyada tətillər olub. Məsələn, Shell Pluto LNG zavodunda keçən yay iki aydan çox - 76 gün çəkib. Ekspert qeyd edib ki, əvvəlki təcrübəni nəzərə alaraq, Avstraliya zavodlarında tətil təqribən iki-üç ay davam edə və bu ilin sonuna qədər bitə bilər ki, bu da qiymətlərin normallaşmasına gətirib çıxaracaq.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)




.jpg)











