TCMB-nin qərarından sonra nazir Şimşekdən açıq mesaj: "Qərarlıyıq"
Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşek sosial media hesabında Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) "şahin" faiz qərarından sonra qiymət sabitliyi mövzusunda qərarlı olduqlarını bildirib.Türkiyənin Xəzinə və maliyyə naziri Mehmet Şimşek Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz dərəcəsini 7,50 bənd artırmasından sonra sosial media hesabından paylaşım edib.
Marja xəbər verir ki, nazir Şimşek, “Biz qərarlıyıq! Qiymət sabitliyi bizim əsas prioritetimizdir...” açıqlamasını edib.
Xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) əsas faizini (uçot dərəcəsini) 7,50 bənd artıraraq 17,5%-dən 25%-ə yüksəldib. İqtisadçılar arasında keçirilmiş sorğuya görə, TCMB-nin faizini 20%-ə çatdıracağı gözlənilirdi. Beləliklə, Bankın qərarı bazarlar üçün sürpriz olub.
TCMB əvvəlki iclasda faizini 2,50 faiz bənd artıraraq 17,5%-ə çatdırmışdı.
Bakı vaxtı ilə saat 15:15-də Dollar/Türk Lirəsi məzənəsi 26,5761 lirə səviyyəsinə düşüb. Türk Lirəsi Dollar qarşısında 2%-dən çox bahalaşıb.
TCMB-nin press-relizində bildirilir:
"İdarə Heyəti inflyasiyanı mümkün qədər tez cilovlamaq və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün monetar sərtləşdirmə prosesini davam etdirmək qərarına gəlib.
Son göstəricilər inflyasiyanın əsas tendensiyasının artmaqda davam etdiyini göstərir. Daxili tələbin güclü olması, yanacağın qiymətinin artması, əmək haqqı və valyuta məzənnələrindən qaynaqlanan xərc təzyiqləri inflyasiyanın artmasını şərtləndirən əsas amillərdir.
Birbaşa xarici investisiyalar, xarici maliyyələşdirmə şərtlərinin yaxşılaşdırılması, ehtiyatların davamlı artırılması və turizm gəlirlərinin cari hesaba dəstəklənməsi qiymət sabitliyinə güclü töhfə verəcək.
Tətbiq edilən sərt pul siyasəti ortamüddətli dövrdə inflyasiyanı 5 faiz olan hədəfimizə salacaq. Sərtləşdirmə inflyasiya əhəmiyyətli yaxşılaşma əldə olunana qədər zərurət yarandıqda mərhələli şəkildə gücləndiriləcəkdir.
Faiz dərəcələrinin artırılması ilə yanaşı, İdarə Heyəti monetar sərtləşdirmə prosesini dəstəkləyəcək qərarlar qəbul etməyə davam edəcək.
İnflyasiya ilə bağlı göstəricilər və inflyasiyanın əsas tendensiyası yaxından izləniləcək və İdarə heyəti qiymət sabitliyi kimi əsas məqsədinə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcək".
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB bir həftəlik repo faizini (əsas faiz dərəcəsi) 2021-ci ildəki 19%-dən 8,5%-ə endirilmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılmış, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilmişdi. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilmiş, faizin artırılmasına qərar verilmişdir. İyun və iyul ayından TCMB faizini 9 faiz bəndi artıraraq 8,5%-dən 17,5%-ədək yüksəltmişdi. Türkiyə Mərkəzi Bankı inflyasiya proqnozunda əhəmiyyətli bir yaxşılaşma əldə olunana qədər mərhələli şəkildə sərt pul siyasətinin davam edəcəyini bildirilmişdi.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)





.jpg)


.jpg)










