Qanunları pozduğu iddia olunmuş şirkətin fəaliyyətinin dayandırılmasına qərar verildiyi bildirilir
2021-ci ilin Fevral ayında dövlət qeydiyyatına alınmış və 3 milyon 998 min 326 manat nizamnamə kapitalına malik olan "Freedom Finance Azerbaijan" ASC-nin fəaliyyətinin dayandırılmasına qərar verildiyi iddia olunur.
Marja.az-a verilən məlumata görə, Şirkətin Xətai rayonu, Xocalı prospekti 37-də "Dəmirçi" iş mərkəzində yerləşən ofisi bağlıdır, şirkətin telefonlarına edilən zənglərə cavab verilmir.
"Freedom Finance Azerbaijan" ASC-nin işçilərini də ixtisar etdiyi, müqavilələrə xitam verdiyi bildirilir.
Marja.az şirkətin əlaqə vasitəsinə zəng etdi. Lakin nömrə daxil olan zəngləri qəbul etmir. Eyni zamanda şirkətin internet səhifəsi də düzgün çalışmır.
Bəzi şəxslər tərəfindən iddia olunur ki, "Freedom Finance Azerbaijan" vasitəsilə yatırdıqları sərmayəni itirə biləcəklərindən narahatdırlar. Qeyd edək ki, "Freedom Finance Azerbaijan" şirkətinin investisiya xidmətlərinin göstərilməsi üçün lisenziyaları mövcud deyil, əgər şirkətin belə bir fəaliyyəti olmuşsa, qanunsuzdur.
HƏMÇİNİN OXU: Mərkəzi Bank "Freedom Finance Azerbaijan" şirkəti barədə iddialara münasibət bildirdi
Bir müddət əvvəl birja və investisiya sahələri üzrə ödənişli təlim xidmətləri göstərdiyini bəyan edən "Freedom Finance Azerbaijan" ASC-nin fəaliyyəti barədə bir sıra iddialar ortaya çıxmışdı. Yerli saytlardan birində dərc olunmuş jurnalist araşdırmasında bildirilirdi ki, ABŞ-da təşkil olunmuş "Freedom Holding Corp."a (FRHC) bağlı olan "Freedom Finance Azerbaijan" şirkətindən xidmət aldıqları və xidmətdən narazı qaldıqları, vəsaitlərinin alınmasında çətinlik çəkdikləri, onlardan əsassız xərc və rüsumlar alındığı barədə bir sıra şəxslərdən şikayətlər eşidilir. Araşdırmada vurğulanırdı ki, şirkətin çoxlu onlayn və oflayn reklamlarında çağırışlar əslində təlimlər ilə bağlı deyil, daha çox brend tanıtma və əsas investisiya xidmətlərini satmaq üçündür.
"Freedom Finance Azerbaijan" ASC-nin direktoru Vüsal Məmmədov iddialar ilə əlaqədar Marja.az-ın suallarına cavab verməyib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 d. əvvəl
-
- 30 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















