Rabitəbankın əməkdaşları üçün “Liderliyin Gücləndirilməsi Proqramı”nın “Məzun günü” keçirilib
(®) 5 oktyabr tarixində Rabitəbank və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində İnkişaf və Diplomatiya İnstitutu tərəfindən bankın ümumilikdə 58 əməkdaşı üçün “Strateji liderlik”, “Emosional zəka” və “Komandanı uğura aparmaq” mövzularında təlimlər keçirilmişdir.
Bankın İdarə Heyətinin sədri Aydın Hüseynov tədbirdə çıxış edərək “Bu proqram həmkarlarımıza öz rollarında daha effektiv lider olmağa və təşkilatımızın uğurlarına töhfə verməyə imkan verəcək” deyə qeyd edib və proqramın təşkili üçün İnkişaf və Diplomatiya İnstitutuna öz minnətdarlığını bildirib.
ADA Universitetinin İcraçı prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə institut tərəfindən dövlət və özəl sektorda və akademik sferada peşəkarlar yetişdirilməsi və kadrların potensialının gücləndirilməsi məqsədilə mütəmadi olaraq təlimlərin keçirildiyini vurğulayıb.
Həmçinin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova və “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Fariz Əzizov proqramı uğurla başa vuran iştirakçıları bu münasibətlə təbrik edib. Proqram çərçivəsində ilk olaraq ADA Universitetinin icraçı prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun Direktoru Fariz İsmayılzadə və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev tərəfindən Strateji Liderlik mövzusunda təlim keçirilib. Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Rezident Əlaqələndirici Bölməsinin Tərəfdaşlıq və İnkişaf üzrə Maliyyə Məsləhətçisi Şəmsiyyə Mustafayeva tərəfindən keçirilən növbəti təlim duyğusal zəkanın komponentləri, onun inkişafı və liderlikdə tətbiqinin praktiki strategiyaları kimi önəmli mövzuları əhatə edib. Sonuncu təlimdə isə “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü Fariz Əzizov komandanın strukturu, inkişaf dinamikası və komandalarda rollar və kollektiv qərar qəbuletmə üslubları kimi mühüm mövzular haqqında öz təcrübəsini bölüşüb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























