AZAL 11 ayda 2,5 milyondan çox sərnişin daşıyıb
Bakı aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin 11 ayında 5,3 milyonu ötüb2023-cü ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını barədə məlumatlar açıqlanıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Marja-ya verilən məlumata görə, bu ilin 11 ayı ərzində Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 31,2 faiz artaraq 5 milyon 301 min nəfər təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 4 milyon 40 min nəfər olub. Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 45 minə yaxın reys həyata keçirilib.
Beynəlxalq istiqamətlərdə daşınan bütün sərnişinlərin 58,5 faizi xarici aviadaşıyıcıların payına düşür ki, bu dövrdə onlar tərəfindən 2 milyon 710 min sərnişin daşınıb. Bakı hava limanından sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1 milyon 925 mindən çox sərnişinə beynəlxalq uçuşlarda, 660 min sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.
2023-cü ilin 11 ayı ərzində 42 aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib ki, onların da 18-si aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 43,4 faiz təşkil edib. Ümumilikdə, ən çox sərnişin “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” aviaşirkətləri tərəfindən daşınıb.
Qeyd edək ki, sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)




.jpg)







