Xidmət rəisi: Ötən il 27 bazar subyektinə maliyyə sanksiyası tətbiq edilib
Ötən il 27 bazar subyekti tərəfindən haqsız rəqabət hallarının əlamətləri könüllü aradan qaldırılıb.
Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hesabat dövründə baxılması başa çatmış işlər üzrə 24 bazar subyektinə 649,6 min manat maliyyə sanksiyası tətbiq edilib.
“Bundan başqa, tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə 3 bazar subyektinə 148,2 min manat maliyyə sanksiyası tətbiq olunub. İşlərə baxılması davam edir”, - deyə Məmməd Abbasbəyli vurğulayıb.
Ötən il istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb
Məmməd Abbasbəyli qeyd edib ki, 2023-cü ildə istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ümumilikdə 7597 müraciətə baxılıb.
"Bu, 2022-ci ildən 36,4 faiz daha yüksək göstəricidir. Ötən il daxil olan müraciətlərin təmin olunma səviyyəsində 2022-ci illə müqayisədə 26,6% artıma nail olunub. Hesabat dövründə sahibkarlıq subyektləri tərəfindən istehlakçılara 618 min manatdan artıq vəsait qaytarılıb. Bu isə 2022-ci ildəki göstəricidən 83% çoxdur”, - deyə qurum rəhbəri qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)





