Ziraat Bank Azərbaycan ABA tərəfindən 5 nominasiya üzrə mükafatlandırılıb
(®) Ziraat Bank Azərbaycan 2023-cü il ərzində göstərdiyi fəaliyyətə görə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən mükafatlara layiq görülüb. Bank ötən il ərzində həyata keçirdiyi layihələrə görə 5 fərqli nominasiya üzrə mükafatlandırılıb.
Ziraat Bank Azərbaycan ötən il ərzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən "Bərabərlik dünyamızı birlikdə yaradaq" lozunqu altında əməkdaşların eşitmə və nitq məhdudiyyəti olan müştərilərlə səssiz ünsiyyətin qurulması bacarığının öyrənməsi məqsədilə 2 aylıq təlim keçməsi, Novruz Bayramı münasibəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə keçirdiyi “Ağac əkmə” aksiyası, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Bakı Dövlət Universiteti və Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan "Sərhədsiz istedadlar" adlı sərgiyə dəstəyi və digər sosial layihələri üçün “Korporativ sosial məsuliyyət” nominasiyasına layiq görülmüşdür. Həmçinin, Bank ötən il ərzində yeni iş fəaliyyətinə başlayan 11 gəncin Türkiyədə fəaliyyət göstərən T.C. Ziraat Bankası A.Ş-in Bankçılıq məktəbinə 40 günlük təlim proqramına göndərdiyi və Azərbaycanda fəaliyyət göstərən Expert Qruplarının "Ziraat Bankası" ilə görüşlərin təşkilinə dəstək göstərdiyi və maliyyə savadlılığının artırılması istiqamətində göstərdiyi digər fəaliyyətləri üçün “Maliyyə Savadlılığı dəstəkçisi” nominasiyasına da layiq görülmüşdür.
Bankın Rəqəmsal ödənişlər sahəsində göstərdiyi fəaliyyəti də diqqətə səbəb olub. Belə ki, ötən il ərzində Bankın iki tərəfli Bankkart Kredit kartının müştərilərinin istifadəsinə təqdim etməsi, Google Pay xidmətinin həm VİSA, həm MasterCard kartlarının istifadəçiləri üçün aktiv etməsi, Türkiyə Cümhuriyyətində baş vermiş fəlakət nəticəsində zərərçəkənlərə yardım etmək istəyən Azərbaycan vətandaşarına müxtəlif həll yollarının təqdim edilməsi üzrə fəaliyyəti üçün Bank “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” mükafatına da Azərbaycan Banklar Assosiasiyası tərəfindən layiq görülmüşdür.
Ziraat Bank Azərbaycan şəhid və qazi ailələrinin övladlarının təhsil almalarına dəstəyi üçün “Təhsil dəstəkçisi”, Aztəminatlı ailələrə dəstək məqsədi ilə yaradılan Özünüməşğulluq proqramı çərçivəsində şəhid ailələri, müharibə iştirakçıları və qadın sahibkarlarını müxtəlif sahələrdə iş fəaliyyətlərinə başlamaları üçün yeni avadanlıqlarla təmin etdiyinə görə “Özünüməşğulluq Proqramında iştirak” nominassiyaları üzrə də mükafatlandırılmışdır.
Qeyd edək ki, “Bankçılıq Mükafatları” tədbiri Azərbaycan Banklar Assosiasiyası tərəfindən ildə bir dəfə təşkil edilir və il ərzində bankların fəaliyyəti asossiasiya tərəfindən dəyərləndirilir.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 3 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
11 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)










.jpg)

