Bu il Azərbaycana körfəz ölkələrindən gələnlərin sayı kəskin artıb - 200 MİN TURİST
Dövlət Statistika Komitəsi turizmin mövcud vəziyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 179 ölkəsindən 1 milyon 231,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Çin, Küveyt və Türkmənistan, 1,1 faizi Belarus, 12,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 68,2 faizini kişilər, 31,8 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə, Pakistandan - 47,0 faiz, Tacikistandan - 45,8 faiz, İtaliyadan - 41,8 faiz, İordaniyadan - 37,6 faiz, Yəməndən - 37,6 faiz, Küveytdən - 37,2 faiz, Türkmənistandan - 36,8 faiz, Bəhreyndən - 34,7 faiz, Polşadan - 34,0 faiz, Misirdən - 29,2 faiz, Özbəkistandan - 26,9 faiz, ABŞ-dan - 23,6 faiz, Ukraynadan - 22,2 faiz, Almaniyadan - 22,1 faiz, Türkiyədən - 21,1 faiz, Rusiya Federasiyasından - 19,0 faiz, Fransadan - 15,7 faiz, Gürcüstandan - 13,1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 8,1 faiz artmışdır.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 49 faiz artaraq 200 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30 faiz artaraq 46,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 22,3 faiz artaraq 472,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73,5 faizi hava, 25,2 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,7 faiz artaraq 995,2 min nəfər olmuşdur. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 39,1 faiz, Türkiyəyə gedənlərin sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 17,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 15,4 faiz artmışdır. Gedənlərin 66,4 faizini kişilər, 33,6 faizini qadınlar təşkil etmişdir.
2024-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,0 faizi hava, 29,6 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



