Azərbaycan və Türkiyə heyvandarlıq sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzaladı
Azərbaycan və Türkiyə kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib. İki ölkə arasında heyvandarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıbKənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə sıx və səmərəli əməkdaşlıq edir.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı isə öz növbəsində ölkəsinin iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu ifadə edib.
Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüş zamanı kənd təsərrüfatı sahəsində elmi tədqiqatlar, aqrar təhsil, heyvandarlıq, heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi, baytarlıq sahəsində mütəxəssislərin yetişdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Görüş çərçivəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi arasında heyvandarlıq və heyvan sağlamlığı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Bəyannaməsi imzalanıb. Sənədə əsasən tərəflər heyvan xəstəlikləri ilə bağlı mübarizə sahəsində təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, heyvanların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı tədqiqatların və nəzarət tədbirlərinin həyata keçirilməsi, heyvandarlıq sahəsinə sərmayələrin cəlb olunması, bu sahədə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi və təşviq edilməsi barədə razılıq əldə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
9 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
-
27 d. əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
32 d. əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 45 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
2 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib





















