Aqrar Sığorta Fondunun Naxçıvan filialı fəaliyyətə başlayıb
Naxçıvan Muxtar Respublikasında Aqrar Sığorta Fondunun filialı fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən fermer və təsərrüfatlar filialın xidmətlərindən istifadə etməklə aqrar sığorta mexanizminin üstünlüklərindən yararlana biləcəklər.
Filialın açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov kənd təsərrüfatının inkişafına dövlət dəstəyi barədə məlumat verib, aqrar sığorta mexanizminin bu dəstək formalarından biri olduğunu bildirib. Nazir müavini qeyd edib ki, aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların çoxsaylı risklərdən qorunması təsərrüfatların daha dayanıqlı fəaliyyət göstərməsinə imkan verəcək, aqrar sahəyə marağı artıracaq, bununla da ölkənin ərzaq təhlükəsizliyinə daha çox töhfə veriləcək.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini icra edən Xəyalə Dadaşova Muxtar Respublikada aqrar sığortanın tətbiqinin fermerlər üçün çoxdan gözlənilən mühüm yenilik olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, mürəkkəb iqlim şəraitinə malik olan bu bölgədə tez-tez baş verən təbiət hadisələri – dolu, qasırğa və sair hallar aqrar təsərrüfatlara və fermerlərə zərər vurur. Zərərlərin qarşısını almaq üçün ən sərfəli üsul dövlət tərəfindən tətbiq edilən aqrar sığortadan faydalanmaqdır.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta mexanizmi vasitəsilə 48 növ bitkini, iri və xırda buynuzlu mal-qaranı, balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Sığorta haqqının yarısını isə fermerlərə dəstək üçün dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilirlər.
R.Əmircanov qeyd edib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır. Belə ki, Aqrar Sığorta Fondu tərəfindən bu günə qədər müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara 12 milyon manatdan artıq sığorta ödənişi edilib və bu məbləğ hər gün artmaqdadır.
Açılış mərasimində çıxış edən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədri Elnarə Abbasova bildirib ki, hazırda ölkə üzrə 400 min hektardan çox əkin sahəsi sığortalanıb. Fondun Naxçıvan filialının fəaliyyətə başlaması nəticəsində artıq yerli fermerlər də öz taxıl sahələrini, meyvə bağlarını, tərəvəz və texniki bitkiləri, eləcə də kənd təsərrüfatı heyvanlarını sığorta edə biləcəklər. E. Abbasova sığortalanma prosesinin sadə olduğunu bildirərək qeyd edib ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş istənilən təsərrüfatı sığortalamaq mümkündür.
Tədbirdə çıxış edən digər dövlət qurumlarının nümayəndələri və fermerlər aqrar sığortanın Naxçıvanda fəaliyyətə başlamasını mühüm hadisə adlandırıblar. Açılış mərasimindən sonra tədbir iştirakçıları Aqrar Sığorta Fondunun Naxçıvan filialı ilə tanış olublar. Burada onlara aqrar sığorta məhsulları, məhsul şərtləri, sığorta haqları, sığortalanma və sığorta ödənişi prosesi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Naxçıvan şəhərinin İstiqlal küçəsi, 115 ünvanında fəaliyyət göstərən filial muxtar respublikanın bütün ərazisindəki fermer və təsərrüfatlara xidmət göstərəcək.
Naxçıvan filialı Aqrar Sığorta Fondunun bölgələrdəki sayca 7-ci filialıdır. Buna qədər Fondun Quba, Cəlilabad, Göyçay, Şəki, Goranboy və Şəmkir filialları fəaliyyətə başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
6 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul
















.jpg)



.jpg)



