Türkiyə holdinqi Azərbaycanda lotereya biznesindən böyük məbləğdə qazanc götürüb
"Azərlotereya" ASC 2024-cü ili 61 milyon 814 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 35 milyon 787 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərlotereya"nın 2024-cü ildə xalis mənfəəti 2023-cü illə müqayisədə 26 milyon 27 min manat və ya 72,7% artıb.
Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Azərlotereya"nın 2023-cü ildə satışdan gəlirləri 260 milyon 959 min manat ikən, 2024-cü ildə 327 milyon 576 min manata yüksəlib (66 milyon 617 min manat və ya 25,5% artıb).
Eyni zamanda, 2023-cü ildə "Azərlotereya" 1 milyon 596 min manat maliyyə gəliri əldə edib (2023-də 955 min manat).
"Azərlotereya" ASC 2024-cü ilin maliyyə nəticələri üzrə 52 milyon 278 min manat divident elan edib. Şirkət 2023-cü ilin maliyyə nəticələri üzrə 22 milyon 344 min manat dividend elan etmşdi.
Qeyd edək ki, 27 Fevral 2021-ci il tarixində “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Holding” şirkətinə daxil olan “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsilə əlaqədar müqavilə imzalanıb.
Əlavə edək ki, "Azərlotereya" ASC 2024-cü il ərzində ümumi və ayrı-ayrı məhsulları üzrə uduşların məbləğlərini açıqlamayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
18 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 26 d. əvvəl
- 30 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)



.jpg)
