“McDonald’s Azərbaycan” şəhid və veteran ailələrindən olan uşaqlar üçün yay düşərgəsində istirahət təşkil edib - FOTO
“McDonald’s Azərbaycan” beynəlxalq yarışlarda iştirak etmiş şəhid və veteran ailələrindən olan 14 məktəbli üçün “Camphood” yay düşərgəsində istirahət proqramı təşkil edib.
Düşərgədə uşaqlarla birlikdə onların anaları da iştirak ediblər. Proqrama istirahət, ünsiyyət, əyləncəli və maarifləndirici tədbirlər daxildir.
Qeyd edək ki, bundan əvvəl həmin məktəblilər “McDonald’s Azərbaycan”-ın dəstəyi ilə TIMO və IMEC beynəlxalq olimpiadalarında iştirak etmiş və mükafata layiq yerlər qazanmışdılar. Məhz bu uşaqlar üçün “McDonald’s Azərbaycan” Bilgəh qəsəbəsində yerləşən “Camphood” yay düşərgəsində istirahət təşkil edib.
Düşərgənin proqramı müxtəlif idman oyunları, yaradıcılıq üzrə ustad dərsləri və maarifləndirici sessiyaları əhatə edib. Bu fəaliyyətlər uşaqlara öz bilik və bacarıqlarını inkişaf etdirməyə imkan verib.
İştirakçıların fiziki durumuna və yaxşı əhval-ruhiyyələrinin qorunmasına xüsusi diqqət yetirilib ki, bu da düşərgədə səmimi və mehriban atmosferin formalaşmasına töhfə verib.
Tədbir “McDonald’s Azərbaycan” ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.
Bu sənəd korporativ sosial məsuliyyət layihələrinin icrasına yönəlib və şəhid və veteran ailələrindən olan uşaqların dəstəyinə xidmət edən bir sıra birgə təşəbbüslərin əsasını təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
27 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 35 d. əvvəl
- 39 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub









.jpg)




.jpg)




