Naxçıvanda qarğıdalı yığımına başlanılıb - Yığımın ilk günlərində 1000 tondan artıq məhsul götürülüb
Naxçıvanda qarğıdalı yığımına başlanılıb.
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyindən Marja-ya verilən məlumata görə, yığımın ilk günlərində artıq 1000 tondan artıq məhsul tədarük olunub.Cari mövsümdə muxtar respublika üzrə ümumilikdə 834 hektardan çox sahədə qarğıdalı yığımının həyata keçirilməsi nəzərdə tutulur. Əkin sahələrinin böyük hissəsi əvvəlki illərdə olduğu kimi Şərur rayonunun payına düşür. Rayon ərazisində bu il 700 hektara yaxın sahədə qarğıdalı əkilib.
Hazırda 156 hektar sahədə biçin aparılıb və nəticədə 66,7 sentner/hektar orta məhsuldarlıqla 1000 tondan artıq qarğıdalı tədarük olunub.
Qeyd edək ki, qarğıdalı əkin sahələri ötən illə müqayisədə artıb. 2024-cü ildə Şərur rayonunda 435 hektarda qarğıdalı əkilərək 3 473 ton məhsul götürülmüşdü. Bu il əkin sahəsinin artırılması isə daha yüksək istehsal həcmi gözləməyə əsas verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
10 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
-
28 d. əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
33 d. əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 46 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
2 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib























