İri bankdan “qızılda alış fürsəti” xəbərdarlığı - "3945 - 4060 dollar aralığı alış etmək üçün bir fürsətdir"
Qızıl 3945 - 4060 dollar diapazonunda güclü texniki dəstək tapır. Analitiklər bu səviyyələrin mövqeləri artırmaq (alış etmək) üçün əlverişli zəmin yaratdığını bildirirlər.Böyük Britaniyanın bank və maliyyə xidmətləri şirkəti "Standard Chartered" qızılın bir unsiyasının qiymətinin 4060 dollardan aşağı enməsini investorlar üçün cəlbedici bir alış fürsəti kimi qiymətləndirir. Bank öz son hesabatında 12 aylıq qiymət hədəfini (qiymət proqnozunu) 4 500 dollar səviyyəsində saxladığını bildirib.
Marja.az-ın məlumatına görə, Bankın analitikləri qeyd ediblər ki, zəifləyən dollar, inflyasiya narahatlıqları və mərkəzi bankların davam edən qızıl alışları kimi əsas dəstəkləyici amillər hələ də güclü şəkildə qüvvədədir.
Son bir ildə 50% bahalaşma
Qızıl, son həftələrdə qızılın qiyməti korreksiyası yaşasa da (düşsə də), son bir ildə təxminən 50% dəyər qazanıb. Qızılın unsiyasının qiyməti 20 oktyabrda 4 min 381 dollara çataraq rekord səviyyəyə qalxmışdı.
Standard Chartered son günlər qızılın qiymətlinin bər qədər geri çəkilməsni “qısamüddətli normallaşma prosesi” kimi qiymətləndirərək, bazarın yenidən balanslaşmasının bir neçə həftə çəkə biləcəyini qeyd edib.
Güclü texniki dəstək 3945 - 4060 dollar aralığındadır
Hesabatda bildirilir ki, qızıl 3945 - 4060 dollar diapazonunda güclü texniki dəstək tapır. Analitiklər bu səviyyələrin mövqeləri artırmaq (alış etmək) üçün əlverişli zəmin yaratdığını vurğulayıblar. (Qeyd: artım istiqamətində bir qiymətin kəsməkdə çətinlik çəkdiyi və ümumilikdə kəsə bilmədiyi qiymət səviyyəsi müqavimət, eniş istiqamətində qiymətin üzləşdiyi və kəsə bilmədiyi qiymət səviyyəsi isə dəstək adlanır. Müqavimət və dəstək nöqtələri zirvə və dib nöqtələridir. Müqavimət və dəstək nöqtələrinin müəyyənləşdirilməsi alış-satış işləmlərinin planlaşdırılması üçün olduqca əhəmiyyətlidir.)
Tələbat 2026-cı ilə qədər davam edəcək
Bankın proqnozuna görə, qızıla tələbat 2026-cı ilə qədər güclü qalacaq. "Standard Chartered" hesab edir ki, etibarlı valyutalardan uzaqlaşma meyli və mərkəzi bankların sabit qızıl alış siyasəti qarşıdakı dövrdə qızılın dəyərini dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, qızılın unsiyasının qiyməti 20 oktyabrda 4 min 381 dollarlıq rekord səviyyəyə yüksəldikdən sonra tədricən 4 min dollardan aşağı enib. Hazırda qızıl 0,4% ucuzlaşma ilə 3985 dollar civarında ticarət olunur (Bakı vaxtı ilə saat 17:00-a olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


