"Qızılın qiymətinin 3800–4050 dollar/unsiya aralığında qalmasına təəccüblənməmək lazımdır"
Qızıl, son dövrlərdə dolların güclənməsi və ABŞ Mərkəzi Bankının (FED) dekabr ayında faiz endiriminə fasilə verəcəyinə dair gözləntilər ilə ucuzlaşıb.
Marja.az xəbər verir ki, hazırda cari bazarda qızılın unsiyasının qiyməti 3960 dollar civarındadır (Bakı vaxtı ilə saat 08:20-yə olan məlumat). ABŞ dolları indeksinin ardıcıl beşinci gün artması fonunda, əvvəlki sessiyada qızılın qiyməti təxminən 2% azalaraq 3939 dollaradək düşmüşdü.
Üç FED rəsmisinin inflyasiya və zəifləyən əmək bazarı arasındakı tarazlığı qiymətləndirərək, dekabr ayında əlavə faiz dərəcəsi endirimi təklifini dəstəkləməkdən imtina edə biləcəklərini deyiblər.
"TD Securities" şirkətində əsas əmtəə bazarları üzrə strateq Bart Melek bildirir ki, FED-in faiz endirimlərinə dair qeyri-müəyyənliklər və Çində pərakəndə qızıl tələbinə dair narahatlıqlar da daxil olmaqla bir sıra amillər “qızılın qiymətinin daha aşağı diapazonda — 3800 - 4050 dollar/unsiya aralığında qalmasına təəccüblənməmək lazımdır.”
Bununla belə, bu il qızılın yüksəlişini dəstəkləyən əsas amillərin əksəriyyəti hələ də qüvvədədir və mərkəzi bankların güclü alışları ilə fərdi investor tələbinin gələcəkdə qiymətləri yenidən yüksəldəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)


