Azərbaycan Sığortaçılar Assosiasiyasının Tədris Mərkəzində “Nitq mədəniyyəti” təlimi uğurla yekunlaşıb
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Tədris Mərkəzində sığorta sektorunun nümayəndələri üçün keçirilən “Nitq mədəniyyəti” mövzusunda təlim uğurla başa çatıb.
Təlim Azərbaycan Respublikasının Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev tərəfindən aparılıb.
Proqram çərçivəsində iştirakçılar:
•Nitq mədəniyyəti və çıxış üslubu,
•kamera qarşısında davranış və təqdimat bacarıqları,
•jurnalist müsahibələrinə hazırlıq qaydaları,
•pauza, tələffüz, vurğu və intonasiya prinsipləri,
•auditoriya ilə effektiv kommunikasiya,
•ictimai çıxış zamanı stresin idarə olunması kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə ediblər.
Təlim zamanı real situasiyalar əsasında praktik məşqlər, simulyasiyalar və rol modelləşdirməsi aparılıb. Bu məşğələlər iştirakçıların nitq texnikası, məzmun strukturlaşdırılması və canlı çıxış təhlükəsizliyinin gücləndirilməsinə xidmət edib.
Sonda təlimi uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub.
Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta sektorunda çalışan mütəxəssislərin peşəkar inkişafına dəstək məqsədilə mütəmadi olaraq ixtisasartırma proqramları, seminarlar və təlimlər həyata keçirməyə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







.jpg)
