Coca-Cola “Soyuq Əllər, İsti Ürək” yarmarkasının yenidən tərəfdaşıdır - FOTOLAR
Coca-Cola ikonik Yeni il Şam Ağacını və Şaxta Baba evini quraşdırmaqla bayram ab-havasının yaradılmasına öz töhfəsini verib.Bakının sevimli qış ənənələrindən olan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası Fəvvarələr Meydanında öz qapılarını şəhər sakinlərinə açıb.
Coca-Cola Azərbaycan “Nargis” Fondunun təşəbbüsü ilə həyata keçirilən yarmarkanın bu il də əsas tərəfdaşlarından biridir. Şirkət yarmarkada ən diqqətçəkən elementlərdən olan ikonik Yeni il Şam Ağacını və Şaxta Baba evini quraşdırmaqla bayram ab-havasının yaradılmasına öz töhfəsini verib.
Bu il qonaqları 60 böyük və 20 kiçik dekorativ ev, iki mərtəbəli üç restoran, xüsusi hazırlanmış oyun tuneli, “xoxan” labirinti, fotozonalar, iki “photo booth” və sirk elementləri ilə zənginləşdirilmiş tamamilə yeni məkanlar qarşılayır. Ziyarətçilər həm Şərq, həm də Qərb ləzzətlərinin təqdim olunduğu stendlərdə isti təamlardan dadmaq, eksklüziv əl işlərini əldə etmək və müxtəlif oyunlarda iştirak etmək imkanı qazanırlar.
2013-cü ildən “Nargis” Fondunun təşkilatçılığı ilə keçirilən yarmarkada sponsorlarının dəstəyi və dekorativ evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına yönəldilir.
Həmçinin, internat və uşaq evlərindən olan azyaşlılar yarmarkanın fəxri qonaqları kimi tədbirə qatılaraq xüsusi proqramlarla qarşılanacaqlar.
Qeyd edək ki, yarmarkaya dəstək olmaqla Coca-Cola Azərbaycan sosial məsuliyyətini yerinə yetirərək cəmiyyətdə müsbət fərq yaratmaq öhdəliyini də həyata keçirir.
Xatırladaq ki, Coca-Cola 2025-ci ildə Azərbaycanda 30 illik yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”, “Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
42 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 46 d. əvvəl
-
58 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)




.jpg)




.jpg)




