Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verib.
Təqsirləndirilən Seymur Məhərrəmovun vəkili Orxan Bünyatov vəsatət verərək müvəkkili barəsində olan qətimkan tədbirinin ev dusdaqlığı ilə əvəz edilməsini xahiş edib. Vəkil bildirib ki, cinayət işi üzrə müvəkkilinə 200 min manat çatıb. Lakin müvəkkili həmin pulu özünə götürməyib, Zaur Qurbanova verib.
Seymur Məhərrəmovun digər vəkili Şaiq Mirzəyev bildirib ki, müvəkklinin himayəsində iki azyaşlı övladı və xəstə valideynləri var. Vəkil onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.
Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən qeyd edib ki, Seymur Məhərrəmov iki il ərzində ziyanı ödəməyib. O, vəsatətin təmin edilməməsini istəyib.
Rüstəm Qafarovun vəkili Esmira Hüseynova isə bildirib ki, müvəkkilinin üç mülkü var: “Biz istəyirik ki, həmin mülkləri ziyan əvəzi ödəyək. Bunun üçün də müvəkkilim barəsində olan həbsin ev dustalığı ilə əvəz edilməsini xahiş edirik”.
Daha sonra Cavid Hüseynlinin vəkili vəsatətlə çıxış edərək bildirib ki, zərərçəkənə ziyanın bir qismi (927 min manat) ödənilib: "Tam ödənilməsi üçün Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirini ev dustalığı ilə əvəz edilməsini xahiş edirəm".
Digər vəkillər də müvəkkiləri barəsində olan həbs qətimkan tədbirinin ev dustalığı ilə əvəz edilməsini istəyiblər.
Zərərçəkən sahibkar Quvat Beybutov vəsatətə münasibət bildirərkən qeyd edib ki, yanlız Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etmir. O, digər şəxslərlə bağlı vəsatətlərin təmin edilməməsini xahiş edib.
Dövlət ittihamçısı Cavid Hüseynli barədə vəsatətə humanist yanaşılmasını, digər vəsatətlərin təmin edilməməsini və işin baxışa verilməsini təklif edib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar verilib. O, məhkəmə zalından sərbəst buraxılıb.
Digər vəsatətlər təmin edilməyib, cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası dekabrın 25-nə təyin olunub.
Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. İttihama görə, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçiriblər.
Təqsirləndirilən Ceyhun Əşrəfov Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidenti olub. O, istintaq dövründə 515 min manat zərəri ödəyib və barəsində həbs olmayan qətimkan tədbiri seçilib
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq,xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
© APA
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 42 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
1 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
1 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb






















