970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İran ətrafında münaqişə enerji qiymətlərinin artması fonunda Azərbaycan üçün əlavə ixrac və büdcə gəlirləri yarada bilər.

Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyindən bildirilib.

Agentliyin qiymətləndirməsinə görə, Körfəz regionundan kənarda yerləşən hidrokarbon ixracatçıları – Azərbaycan, Angola, Argentina, Braziliya, Kolumbiya, Ekvador, Qabon, Qazaxıstan, Nigeriya və Konqo üçün enerji qiymətlərinin uzun müddət yüksək qalması ixrac və fiskal gəlirlərin artmasına səbəb ola bilər.

"Fitch"in məlumatına görə, Azərbaycan seçilmiş inkişaf etməkdə olan ölkələr arasında fosil yanacaq ixracının ÜDM-də payına görə ən yüksək göstəricilərdən birinə malikdir. Belə ki, xalis fosil yanacaq ixracı ÜDM-in 28,8%-ni təşkil edir.

Agentlik həmçinin bildirir ki, 2024-cü ildə Azərbaycanda fosil yanacaq subsidiyalarının həcmi ÜDM-in təxminən 5,5%-nə bərabər olub.

Bununla yanaşı, "Fitch" qeyd edir ki, İran daxilində qeyri-sabitlik güclənərsə, Azərbaycan, İraq və Türkiyə İrandan mümkün qaçqın axınından təsirlənə bilər.

Agentliyin baza ssenarisinə görə, Hörmüz boğazının faktiki bağlanması bir aydan az davam edərsə və regionun neft infrastrukturu ciddi zərər görməzsə, inkişaf etməkdə olan ölkələrin kredit reytinqlərinə təsir məhdud olacaq.

İş elanları AzVak.az-da

© APA

10.03.2026 10:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18