Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
(®) Ziraat Bank Azərbaycan hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını istifadəyə verib.
Mastercard növündə təqdim olunan yeni biznes kredit kartları şirkətlərin fəaliyyəti zamanı yaranan xərclərin daha çevik və planlı şəkildə maliyyələşdirilməsinə imkan yaradır. Kartlar vasitəsilə müəssisələr HÖP-də və gömrük məntəqələrində rüsum ödənişlərini, vergi ödənişlərini, icarə haqlarını, mal, iş və xidmət ödənişlərini daha sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
Bankkart Business kredit kartları bərpa olunan kredit xətti əsasında təqdim olunur və faiz dərəcəsi kredit limitinin yalnız istifadə edilmiş məbləği üzrə hesablanır. Bu isə bizneslərə nağd vəsait dövriyyəsini qorumaqla maliyyə axınlarını daha səmərəli idarə etmək imkanı yaradır.
Kartlar AZN valyutasında təqdim olunur, kredit kartının istifadə müddəti isə 1, 3 və ya 5 il olaraq seçilə bilər. Müştərilər kredit limiti çərçivəsində nağdsız ödənişlərlə yanaşı, müəyyən edilmiş limit daxilində nağdlaşdırma əməliyyatlarını da həyata keçirə bilərlər.
Bankkart Mastercard Business kredit platinum kartı isə daha yüksək imtiyazlar və geniş istifadə imkanları ilə bizneslər üçün əlavə maliyyə çevikliyi yaradır.
Yeni biznes kredit kartları ölkə daxilində və xaricdə Mastercard loqolu POS-terminallarda, eləcə də onlayn platformalarda istifadə oluna bilər. 3D Secure texnologiyası sayəsində onlayn əməliyyatlar təhlükəsiz şəkildə həyata keçirilir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
-
15 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 22 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
2 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
2 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
Ən böyük xərci işçilər üzrə olub
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib






.jpg)




.jpg)







.jpg)





