Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten May 2026" sayını dərc edib.Marja.az bülletenə istinadən təqdim edir.
Bank sektoru
31 may 2026-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı (mübadilə şöbələri daxil olmaqla) 84, ATM-lərin sayı 3 min 502 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 27 min 374 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 59 milyard 183.7 milyon manat, cəmi öhdəlikləri 51 milyard 612.2 milyon manat, balans kapitalı 7 milyard 571.5 milyon manat olmuşdur. May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3.2% və 3.9% artmış, balans kapitalı isə 1.2% azalmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.9% və ya 276.6 milyon manat artaraq 30 milyard 885.8 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (16 milyard 401.7 milyon manat);
ıı) istehlak kreditləri – 31.7% (9 milyard 775.9 milyon manat)
ııı) ipoteka kreditləri – 15.2% (4 milyard 708.2 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 38 milyard 548.3 milyon manat. Depozit portfelinin 54.8%-i (21 milyard 122.2 milyon manat) hüquqi şəxslərin, 45.2%-i (17 milyard 426.1 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 70.4%-i (12 milyard 264 milyon manat) milli valyutada, 29.6%-i (5 milyard 162.1 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.4%-i (11 milyard 215.2 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri may ayında 2.1% və ya 235.3 milyon manat artmış, tələbli əmanətləri isə 1.3% və ya 81.3 milyon manat azalmışdır.
2026-cı ilin may ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3.1% (6,492 əmanətçi), ilin əvvəlindən isə 11.3% (21,990 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 847.5 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75%-ni təşkil etmişdir.
2026-cı ilin yanvar – may ayları ərzində banklar 557.1 milyon manat xalis mənfəət, 837.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 134.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 3.9% artaraq 41 milyard 961.8 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 255.7 milyon manat azalaraq 3 milyard 6.1 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyrirezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22 milyon 827 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 3% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% artmışdır. 2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8milyard 680 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7milyard 620 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1milyard58 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 5.1%, POS-terminalların sayı 19.3% artmışdır.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 5 gün sonra
-
15 d. əvvəl
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
-
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq - MƏBLƏĞLƏR
-
1 saat əvvəl
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib
Kredit üçün “Sizin Lombard”da onlayn müraciət edə bilərsiniz
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Ən çox oxunanlar
Bankların kredit portfelinin artım sürəti yavaşlayıb
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb
Banklar 5 ayda 557 milyon manat xalis mənfəət əldə ediblər
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Gümüşün qiyməti 10%-dən çox ucuzlaşıb
Rəsmi məzənnələ açqlandı
Qızıl yanvarda qeydə alınmış rekord səviyyədən 30% ucuzlaşdı - Qızılın qiyməti 7 ayın ən aşağı səviyyəsində
Venesuelada dağıdıcı zəlzələlər baş verib - insan tələfatı və dağıntı ehtimalı yüksəkdir






















