Feyxoa satışında çətinlik
Lənkəranın feyxoa bağlarında yığım davam edir. Məhsulu əsasən daxili, həm də Rusiya bazarlarına çıxaran fermerlərin ilk dərimlərdə üzü gülsə də, hazırkı vəziyyətdən narazıdırlar. Səbəb konserv zavodlarının feyxoanı təsərrüfatçılardan vasitəçilərlə götürməsidir. Gileylər bununla da bitmir. Ətraflı əməkdaşımız Pərvanə Əliyeva danışac aq.
Təsərrüfat sahibi Əliheydər Həsənov: “Nisbi rütubət yox idi. Quraqlıq keçdi bir ay. Feyxoa bir balaca xırda oldu. Keçən il 4 tona qədər yığmışdım. Bu il də 3 ton 3 ton yarım yığacam.”
Təsərrüfat sahibi Vahid Qubadov : “Havaların isti keçməsi nəticəsində çiçək ağacda qurudu məhsuldarlığın çox itkisi həmin vaxtı getdi. Ağacına görə 70-80 kq məhsul verməlidir. Amma hər ağacda bu il 50 faiz məhsul var.”
Bu il bağlarda məhsul az olduğundan alıcı qıtlığı yoxdur. Feyxoa həm yerli bazara çıxarılır, həm də Rusiya bazarlarına göndərilir. Amma qiymətlərin tez aşağı düşməsi təsərrüfatçıları narahat edir.
İlk dərim dövründə məhsulu 1 manat 50 qəpiyə 2 manata satan təsərrüfatçıları hazırki qiymətlər qane etmir. Buna da səbəb məhsulun Rusiya bazarlarında ucuzlaşması, eyni zamanda emal müəssislərinin feyxoanı dəllallar vasitəsilə götürməsidir.
Təsərrüfat sahibi Əliheydər Həsənov: “Gedənlər özü gəlmir bağa. Götürmür məndən 1 ton 2 ton aparsın. İndi bura çətindir. Deyirlər Rusiyada biraz ucuzdur. Onda biz verirdik 1 manat 50 qəpikdən verirdik, 150 manata rus pulu ilə edirdi. İndi deyirlər 60-65 manata düşüb.”
Təsərrüfat sahibi Vahid Qubadov : “Yerli zavodlar gəlib yerində bizim məhsulumuzu xırda malımızı götürsə bir yönlü qiymətə bizə bir az da işimizdə asan olar. Bazardan 10 qəpik ucuz istəyirlər.”
Lənkəranda yerləşən konserv zavodundan bildirildi ki, alıcılıq bazar qiymətlərinə görə tənzimlənir.
Konserv Zavodunun Direktoru Ramin Camalov: “Bazarda qiymət neçəyədirsə biz də o qiymətə qəbul edirik. Amma hər gün də qiymət dəyişə bilir. Fürsətdən istifadə edib üzümü tuturam bütün sahibkarlara, bütün bağ sahiblərinə ki, nə qədər əllərində meyvə varsa, uyğun qiymətə, bazar qiymətinə götürməyə hazırıq.”
Feyxoanı saxlayıb sonrakı aylarda daha sərfəli qiymətə satmaq istəyən fermerlər bunu reallaşdıra bilmirlər. Səbəb isə rayonda soyuducu anbarın olmamasıdır.
Təsərrüfat sahibi Vahid Qubadov : “Feyxoa tez xarab olan maldır. Ərazimizə yaxın yerdə soyuducu kamera olsa, biz öz malımızı orada saxlayıb gələcəkdə bir neçə vaxtdan sonra onu baha qiymətə sata bilərik.”
Lənkəran Kənd Təsərrüfatı İdarəsindən isə arb-yə bildirildi ki, hələlik soyuducu kameraların qurulması ilə bağlı müraciət edən olmayıb.
Tofiq Rzayev Kənd Təsərrüfatı İdarəsinin rəisi: “Sahibkarlar tərəfindən buna təşəbbüs göstərilərsə, təbii ki bunun üçün dövlətin müvafiq qurumları – Kənd Təsərrüfatı Nazirliyi olaraq da, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Dəstək Milli Fondu onların xətti ilə müraciət olunarsa, ehtiyac olduğu təqdirdə onlar da təbii ki yaranacaq.”
Lənkəranda mövcud 453 hektar feyxoa bağından ötən il rayonda 4 min 442 ton məhsul tədarük olunub.
© ARB
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan bərpa olunan yaşıl enerji sahəsində iri layihə maliyyələşdirilməsini həyata keçirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
23 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 23 d. əvvəl
-
51 d. əvvəl
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
- 52 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
SOCAR-ın Gürcüstandakı terminalı ötürmə gücünü iki dəfə artırıb
-
1 saat əvvəl
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana 94 milyon avro kredit ayırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda tütün əkinlərinin sığortası başlandı - ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Aprelin 25-də gözlənilən hava şəraiti
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
İntel-in gəliri ilk rübdə 7 faiz artıb
Ən çox oxunanlar
Trumpdan G20 Zirvəsinə Putini dəvət planı
Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib
"CASPIAN FINANCE" BOKT-ın nizamnamə kapitalı 2 dəfə azaldılıb
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
Hacıqabul Quşçuluq Şirkətində qanvermə aksiyası keçirilib - FOTOLAR
"PashaPay" şirkəti "Competo" şirkətində paya sahib olub












.jpg)









