Türkiyə və ya İranda rominqdə olan “Nar” istifadəçiləri internet bonusu qazanacaqlar
13 fevral 2018-ci il tarixindən etibarən, xaricə səyahət edən “Nar” istifadəçiləri “Full” paketlərinin üstünlüklərindən daha çox faydalana biləcəklər.
Belə ki, Türkiyə və ya İranda rominqdə olan “Nar” istifadəçiləri 2 GB-dək internet bonusu qazanacaqlar.
Mobil rabitə bazarında unikal bir təklif olan “Full” paketlərinin əsas özəlliyi istifadə edilməyən bonusların növbəti aya keçməsidir. Beləliklə, rominqdə olan “Full” istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Bonuslardan “Full 29”, “Full 39” və ya “Full 49” paketlərindən birinə qoşulmuş abunəçilər faydalana bilərlər.
Xatırladaq ki, “Nar”-ın “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təklif etməklə, eyni fürsətdən rominqdə olan abunəçilərin də yararlanmasını təmin etdi.
“Full” paketləri haqqında ətraflı məlumatı mobil operatorun internet səhifəsindən öyrənmək olar: https://www.nar.az/full.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)











.jpg)
