Bank “BTB” son maliyyə vəziyyətini açıqladı
Bank “BTB” ASC 2018-ci ilin 1-ci rübünə aid maliyyə göstəricilərini açıqlayıb.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, bankın aktivləri 290 milyon 269.7 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artım deməkdir. Bankın kredit portfelində eyni dövr ərzində 24% artım var.
Rübün nəticələrinə əsasən Bankda depozit portfelinin həcmi isə 66 milyon 76.37 min manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 31% çoxdur.
Bank mənfəət və zərər hesabatını da açıqlamışdır. Hesabat dövründə Bank “BTB” 298.36 min mənfəət əldə etmişdir. Bank “BTB” ASC 2017-ci ilin 1-ci rübündə 1 milyon 143 min zərər etmişdi.
Bank “BTB” ASC -nin məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verərək 54 milyon 57.43 min manat, nizamnamə kapitalı isə 66 milyon 450 min manat təşkil edir.
Məlumat üçün bildirək ki, Bank “BTB” ASC 2010–cu ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofisin nəzdində fəaliyyət göstərən Müştəri Xidmətləri Departamenti ilə yanaşı 10 filialı, 6 şöbəsi var.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)





.jpg)







