"Standard & Poor's" Türkiyəni qəzəbləndirib
Türkiyənən Baş nazirinin müavini Mehmet Şimşək,Standard & Poor's (S&P) kredit reytinqi agentliyinin ölkənin reytinqlərini aşağı saınması qərarına reaksiya verib.
"Marja" xəbər verir ki, bundan əvvəl S&P Türkiyənin kredit reytinqini Avqustda gözdən keçirməyi planlaşdırdığını açıqlamışdı. Şimşek, "Açıq şəkildə bu qərarın önə çəkildiyi görünür. Reytninq aşağı salınmasını tələb edəcək bir hadisə olubmu?" deyib.
Baş nazir nüavini, Türkiyənin seçki qərarından sonra kredit reytinqinin aşağı salınmasının siyasi qərar olduğunu və S&P-nin analizinin də yetərsiz olduğunu qeyd edib.
Şimşek, S&P-nin təhlilində yer alan qiymətləndirmələrə belə qarşılıq verib:
Həddindən artıq isinmə 2017-nin mövzususdur. Kreditlərin həcmindəki artım 2018-də yavaşlayıb.
Maliyyə şərtlər- 2017-yə nisbətən daha sərtdir.
Mərkəzi Bank gec də olsa reaksiya verdi.
Cari kəsirdəki artım böyük ehtimalla müvəqqətidir. Çünki;
Cari kəsirdəki artım böyük miqdarda qızıl idxalı və neft qiymətlərinin artımından irəli gəlir.
İstehlakçı kreditlərində yavaşlama cari kəsirdəki artımı məhdudlaşdıracaq. Həmçinin turizmdə ciddi bir inkişaf var.
Həmçinin lazım olan tədbirləri görmüşük, görməyə davam edəcəyik.
Şirkətlərin məzənnə riskini idarə etməyə yönəlmiş əhəmiyyətli bir islahatı bu gün həyata keçiririk.
İnvestisiya mühitini yaxşılaşdıracaq çox əhatəli bir islahatı həyata keçirdik.
Seçkidən sonra da islahatları daha da sürətləndirəcəyik.
S&P-dən verilən açıqlamada, Türkiyənin xarici valyutada kredit reytinqinin "BB"dən "BB-"yə, yerli valyutada reytinqinin isə "BB+"dan "BB"yə salındığı qeyd edilib.
Kredit reytinqinin endirilməsi ilə bağlı olaraq, Türkiyənin makro-iqtisadi tarazlığının pozulmasının artdığı bildirilən açıqlamada, inflyasiyanın yüksəldiyi, Türk Lirəsinin dəyərdən düşdüyü və volatilliyin artdığı qeyd edilib. Reytinqin aşağı salınmasından sonra Türk Lirəsi ucuzlaşıb və Dollar 4.18 lirəyə qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
3 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb





















