ABŞ-dan İrana yeni sanksiya
ABŞ rəhbərliyi, "qara siyahısındakı" İranın hava yolu şirkətlərinə ABŞ istehsalı olan avadanlıqları satdıqlarına görə 9 şəxs və şirkətə qarşı sanksiya tətbiq etməyi qərara alıb.
"Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyindən verilən yazılı açıqlamada, İranın "Mahan", "Caspian", "Meraj" və "Pouya" hava yolu şirkətlərinə ABŞ məhsullarını tədarük etdiyi iddia edilən 3 nəfər və 6 şirkətin adı sanksiya siyahısına daxil edilib.
Bundan başqa, sanksiya siyahısındakı İranın hava yolları şirkətlərinə aid 31 təyyarəyə xidmət və ya eniş icazəsi verənlərə sanksiya tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib.
ABŞ-ın sanksiya tətbiq etdiyi İranın hava yolu şirkətlərinin terror təşkilatı "Hizbullah"a, Əsəd rejiminə silah və maliyyə təmin etdiyi iddia edilib. Açıqlamada, ABŞ-ın xəzinə naziri Steven Mnuchin-in bu ifadələrinə yer verilib:
"Ölkələr və şirkətlər, İran tərəfindən bölgəyə terror ixrac etmək üçün istifadə edilən hava yolları şirkətlərinə eniş icazəsi və aviasiya xidmətləri təmin etməyin yaradacağı riskləri nəzərə almalıdırlar. Bu hava yolu şirkətlərinin ABŞ məhsullarını və xidmətlərini əldə etmələri üçün istifadə etdiyi aldadıcı tədbirlər, İran rejiminin qalması üçün istifadə edilən hiyləgər yollardan biridir".
6 şirkət arasında İranın hava yolları şirkətləri ilə ilə çalışan Türkiyənin 4 logistika və aviasiya şirkəti də yer alıb. Siyahıdakı digər adlar İran vətəndaşları və şirkətləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 26 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























