Video CV – işə qəbulda inqilabi yenilik!
(®) Son illər ərzində video CV xarıcı şirkətlərin HR menecerləri arasında geniş yayılıb, populyarlıq qazandı, və işə qəbul sahəsində inqilabi yeniliyə çevrildi. “Head Hunter” təşkilatı tərəfindən aparılan araşdırmaya əsasən, dünya təcrübəsində İnsan Resursları menecerlərin 76%-i Video CV göndərən namizədlərin daha uğurlu olduqlarını etiraf edirlər.
Müasir texnologiyalara əsaslanaraq və beynəlxalq işə qəbul trendlərindən istifadə edərək, Expressbank video CV formatında ərizələrin qəbuluna başlayıb. Biz layihənin üstünlükləri barədə suallarımızı Expressbank-ın İnsan Resursları Departamentinin direktoru Məlahət Abdullayevaya ünvanladıq.
"Zaman – nə satın alına, nə hədiyyə alına, nə də tapıla biləcək bir dəyərdir. Namizədlərin vaxtına dəyər verib, biz onlara faktiki olaraq ilkin müsahibəni evdən çixmayaraq keçmək imkanı yaradırıq. Beləcə, o, həyəcan hissi keçirmədən, öz ən yaxşı keyfiyyətlərini nümayiş etdirə bilər. Video CV-nin həm namizəd, həm işəgötürən üçün bir sıra üstünlükləri var, və bunların arasında vaxta qənaət –ilk, lakin yeganə deyil. Dil biliklərinin ilkin qiymətləndirilməsi, fikrini izah etmə qabiliyyəti, özünü təqdim etmə bacarığı, kreativlik kimi xüsusiyyətlərin nümayişi də bu sıradadır. Həmçinin, bu şirkətin xərclərini azaldıb, namizədin əsas bacarıqlarını müəyyən etməyə yardım olur”.
Video CV-nin çəkilişi və göndərilməsi tələbləri, həmçinin Expressbank-ın son vakansiyaları ilə siz aşağıdakı likə keçərək, tanış ola bilərsiniz:
https://www.expressbank.az/aboutus/vacancies.html
Vakansiyalarla siz bankın sosial şəbəkələrdəki səhifələrində də tanış ola bilərsiniz:
www.facebook.com/ExpressKaryera/
Expressbank – ölkəmizin aparıcı banklarından biri olaraq, daim inkişaf edir və genişlənir. Bank uğurunun səbəbini düzgün seçilmiş kadrlarda görür. Onlar banka həm püxtələşmiş mütəxəssislər kimi, həm də karyerasını yeni başlayan, gələcəyin yüksək səviyyəli peşakarlarına çevriləcək dünənin tələbələri kimi gələ bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















