Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkilib
Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş “Miras” adlı bədii-sənədli film hazırlayıb. Film layihəsi “Nobel oil” şirkətinin sponsorluğu ilə həyata keçirilib.
Bakı Media Mərkəzindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhvə verməkdir.
Ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur.
Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə “qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır.
Bundan başqa, filmdə Nobel Mukafatı Fondunun 15-17 faizinin "Nobel qardaşları" neft hasilatı şirkətinin Bakı neftindən əldə edilmiş gəlirləri hesabına təşkil etməsi qabardılır və Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mukafatı Fondu ilə üzvü bağlılığı qeyd olunur.
Həmçinin “Miras” filmində Nobel qardaşları tərəfindən "qara qızıl"a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur.
“Miras” bədii-sənədli filminin ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşcu operatoru Vladimir Artemyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir.
Filmin tezliklə ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş altında”, “Son iclas” və digər sənədli filmlər yer alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir






















