Hacıqabuldakı "QAZ" avtomobil zavodunda yığılacaq avtomobillərin yarısı xaricə satılacaq
“Bu gün Hacıqabulda təməli qoyulan "QAZ" avtomobil istehsalı zavodunda yığılacaq avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq”.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabulda "QAZ" avtomobil istehsalı zavodunun təməlqoyma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib: “Bu zavod Rusiya texnologiyalarına əsaslanacaq. Bura 8 mln. dollardan çox sərmayə qoyulacaq. Bir il yarıma (gələn ilin sonunadək) zavodun tikintisi başa çatacaq. İldə 1 000 avtomobil istehsal olunacaq. 100 yeni iş yeri açılacaq. Zavodda yığılacaq avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq, qalanı ixrac olunacaq”.
Nazir bildirib ki, Azərbaycan Rusiya əlaqələri çox uğurla inkişaf edir, iki ölkə arasında əlaqələr yüksək səviyyədədir: “Bu uğurların təməlində hər iki ölkə rəhbərlərinin siyasi iradəsi dayanır. Ölkələr arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Siyasi əlaqələr də yüksək səviyyədədir. Ölkələr strateji tərəfdaşlardır. Bütün sahələrdə uğurlar göz qabağındadır. Siyasi, enerji, nəqliyyat, sənayə, humanitar, təhsil, ticarət əlaqələri genişlənir. Ötən il ticarət dövriyyəsinin 20-%-dək artımı da buna sübutdur”.
Qeyd edək ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.
2018-ci ilin aprel ayında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə əsasən, Rusiya tərəfi azərbaycanlı tərəfdaşlarını lazımi qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə də orta tonnajlı yük maşını - "QAZon next"dən gedir. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























