"Kipinä" brendinin Azərbaycanda da mərkəzi açılıb
"Finlandiya dövlət məktəbəqədər təhsil proqramı" əsasında yaranmış "Kipinä" brendi 16 ölkədə uğurlu fəaliyyətindən sonra əhatə dairəsini Azərbaycanla daha da genişləndirmiş və ölkəmizdə ilk "Kipinä" mərkəzinin açılıb.
6 sentyabr tarixində Bakıda təkmilləşdirilmiş Finlandiya məktəbəqədər təhsil kurikulumu əsasında fəaliyyət göstərəcək ilk erkən inkişaf mərkəzinin açılışı olub.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin nəzdində fəaliyyət göstərəcək “Kipinä”nın Bakı şöbəsinin açılışında şirkətin baş ofisinin nümayəndələri və proqramla maraqlanan valideynlər iştirak edib.
“Kipinä”, baş ofisi Böyük Britaniyada yerləşən, dünyada sürətlə böyüyən və Finladiyanın məktəbəqədər təhsil üzrə milli kurikulumunu əsas baza kimi götürməklə fəaliyyət göstərən beynəlxalq məktəbəqədər təhsil müəssisələri şəbəkəsidir.
“Kipinä”nın tədqiqat əsasında qurulmuş proqramı oyun əsaslı öyrənmə ilə uşaqların məktəb həyatına başlanğıc verən sistemli nəticələri birləşdirmək üçün tərtib edilmişdir. Kurikulum hər bir uşağın emosional, sosial, koqnitiv və fiziki inkişafına xüsusi diqqət ayıran altı əsas sahəni və innovativ fəaliyyətləri əhatə edir: araşdırma və oyun vasitəsilə koqnitiv inkişaf, münasibətlər və şəxsiyyətin inkişafı, riyazi biliklər, fiziki inkişaf və sağlamlıq haqqında maariflənmə, savadlılıq, ünsiyyət və dil, mədəni maariflənmə və müxtəliflik.
Hazırda dünyanın müxtəlif ölkələrində 16 şöbə ilə fəaliyyət göstərən “Kipinä”nın Bakı şöbəsində tədris 3 dildə aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
6 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"

























