İpoteka ödənişləri “ASAN ödəniş” ilə də qəbul olunacaq
25 noyabr 2019-cu il tarixindən etibarən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.
Fonddan “Marja”ya daxil olmuş məlumata görə, sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib


























