Kafe və restoranların fəaliyyətinə nə vaxt icazə veriləcəyi açıqlandı
Avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur17 Avqust 2020-ci il tarixindən etibarən kafe və restoranların açıq hissələrində fəaliyyətin bərpa olunması, bu tarixdən bir həftə sonra da rayonlara gediş-gəlişin bərpa olunması nəzərdə tutulur.
Marja-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
“Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır. Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”,- Şahmar Mövsümov bildirib.
Beynəlxalq reyslərin nə vaxt bərpa olunacağı da açıqlandı
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, “Bakı-Naxçıvan aviareyslərinin sayının bir qədər də artırılması nəzərdə tutulub” deyərək çıxışına belə davam edib:
“Beynəlxalq reyslərə gəlincə, bir neçə istiqamət üzrə xüsusi uçuşlar həyata keçirilir. Bəzən fikirlər səslənir ki, Türkiyənin kurort zonalarına aviareyslər bərpa olunsun. Əgər bu gün Bakıdan rayonlara gediş-gəlişə icazə vermiriksə, beynəlxalq uçuşlara niyə icazə verməliyik? Rayonlara gediş-gəliş açılanda beynəlxalq reyslər də bərpa olunacaq”, - deyə o, qeyd edib.
“İnsanları evdə saxlamaq istəmirik”
Şahmar Mövsümov deyib ki, İyulun 26-sı radələrində Azərbaycanda koronavirusa yoluxmada artım qeydə alınıb”.
“Bu, iyulun 13-də insanların kütləvi şəkildə küçəyə çıxması, maskasız hərəkət etməsi, məsafə saxlamaması ilə izah oluna bilər. Amma artım trendi davam etməyib, bu da yəgin ki, karantin rejimi ilə bağlıdır. Bundan 2 nəticə çıxır. Kütləvi yığıncaqlarda yoluxma riski artır və karantin rejimi işə yarayır. Amma insanlar sona qədər riskləri dərk etmir. Kafe və restoranlar, mağazalar açılmasa da, insanlar bir yerdə toplaşaraq maskasız, arxayın gəzir. Bu, çox davam edə bilməz və bağlanma ilə nəticələnəcək. Biz insanları evdə saxlamaq istəmirik, istəyirik ki, hamı işləsin, təhsilinə davam etsin, amma gəlin sıxlıq yaratmayaq, maska taxaq”, - deyə o, qeyd edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)



.jpg)








