Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulmasına başlanılıb
“Azərbaycan Dəmir Yolları” QSC şimaldan cənuba, eləcə də əks istiqamətdə yüklərin Abşeron yarımadasına daxil olmadan birbaşa daşınmasını asanlaşdıran Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması işlərinə başlayıb. Layihəyə görə yolun ox üzrə uzunluğu 36 km, yan yollar ilə birlikdə 80 km olması nəzərdə tutulub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata görə, daha öncə mövcud olmuş Güzdək-Qaradağ xətti biryollu olub və bu da qeyd olunan marşrut üzrə hər iki istiqamətdə eyni anda qatarların hərəkətini mümkünsüz edib. 1963-cü ildən işləyən yol sonradan istismar üçün yararsız vəziyyətə düşüb və uzun müddət istifadəsiz qalıb. Yeni layihəyə əsasən yol tamamilə sökülərək genişləndirilir və hər iki istiqamətdə qatarların hərəkətinə imkan verən ikiyollu xətt salınır.
Ümumilikdə layihə üzrə 63 ədəd süni mühəndisi qurğularının salınması nəzərdə tutulub. Belə ki, bu yolda 2 stanisya, 2 körpü, 4 heyvan keçidi, 4 avtomobil keçidi, 5 piyada keçidi, 3 ehtiyat keçidi, 43 suötürücü boru tikiləcək.
Azər Məmmədov, ADY-nin Tikintiyə nəzarət şöbəsinin laboratoriya müdiri: “Bu yol çətin relyefə malik ərazidən keçir. Ona görə də tikinti işlərinə çoxlu sayda ağır texnikalar cəlb olunub. Hal-hazırda dəmir yolunun alt quruluşu üzrə torpaq yatağının hazırlanması və drenəedici materialın verilməsi işləri, dəmir yolunun üst quruluşu üzrə isə ballast materialının verilməsi işləri davam etdirilməkdədir”.
Güzdək-Qaradağ dəmir yolu xəttinin yenidən qurulması ölkə üçün bir sıra iqtisadi faydalar verəcək. Belə ki, bu yol yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaətə, ən əsası şimal və cənubdan gələn yüklərin Abşeron yarımadasına daxil olmadan nəql edilməsinə şərait yaradacaq. Nəticədə bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarının genişlənməsinə böyük töhfə verəcəkdir. Bu da öz növbəsində Azərbaycanın tranzit ölkə qismində mövqeyini daha da gücləndirəcək.
Yeni Güzdək-Qaradağ xəttinin istismarı Abşeron yarımadasında dəmir yolu şəbəkəsinin yüklülüyün azaldılmasına və Abşeron Dairəvi xətti üzrə sərnişin daşımalarının intensivliyinin artırılmasına da imkan yaradacaq.
Həmçinin Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi regionda yeni iş yerlərinin açılmasına və infrastrukturun formalaşdırılmasına kömək edəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 47 d. əvvəl
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma












.jpg)



.jpg)









