Dolların aparıcı valyutalara nisbətən yenidən ucuzlaşması sürətlənə bilər
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən ucuzlaşmağa başlayıb və 92.86-92.73 punkt aralığı kananlının qırılması ilə eniş dalğası daha da sürətlənə bilər.
Amerika Mərkəzi Bankının (FED) monetar siyasətini daha da yumşaldacağı ehtimalları dolların ucuzlaşmasına səbəb olan əsas amillərdir. Bununla bağlı önəmli açıqlamalar bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq və iki gün davam edəcək Cekson Hol Simpoziumunda iştirak edəcək FED sədri tərəfindən veriləcəkdir. Simpozium mərkəzi bank sədrlərinin toplantısıdır və önəmli açıqlamaları ilə investorların diqqət mərkəzində olurlar.
Beləliklə, foreks bazarlarında EUR/USD məzənnəsi 1.1850$-ın qırılması ilə 1.19$, GBP/USD məzənnəsi isə 1.32$-ın üzərində möhkəmlənməklə, 1.33$-a kmi dəyər qazana bilər. USD/JPY məzənnəsi də iki gündür Amerika və Asiya sessiyalarında müqavimətlə rastlaşaraq, 105.80 yenə kimi 0.7% ucuzlaşıb. Son dəstək səviyyəsinin qırılması ilə dollar/yen valyuta cütlüyünün qiyməti 105.37 yenı kimi də ucuzlaşa bilər.
Əlvan metallar bazarlarında qızılın qiyməti önəmli açıqlamalar öncəsi artıq bahalaşmağa başlayıb. Monetar siyasətlərin daha da yumşaldılması, qızıla olan tələbi artırır. Bir unsiya üzrə qiymət artıq 1903$-da dəstək görərək dəyər qazanmağa başlayıb və 1960$-ın qırılması ilə 2015$-a kimi bahalaşa bilər. Bu istiqamətdə 1974$-ın qırılması da önəmli rol oynayacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
14 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
-
- 42 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib





























