Azərbaycanın bu il neft ixrac etdiyi ölkələr - REYTİNQ
Bu ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 358 153,34 min ABŞ dolları dəyərində 3 630 329,4 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Hindistan yer alıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 346 185,84 min dollar dəyərində 845 590,52 ton neft ixrac edib.
Məlumata görə, Azərbaycanın neft ixracı üzrə siyahıda İspaniya üçüncü yer tutur. Yanvar-mart aylarında bu ölkəyə 179 876,63 min dollar dəyərində 517 887,6 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin ilk üç ayında 16 ölkəyə neft ixrac edib.
Azərbaycanın neft ixrac etdiyi ölkələrin tam siyahısı:
# | Ölkələr | Miqdar, ton | Məbləğ, min $ |
| Cəmi | 7 047 438,98 | 2 664 616,34 |
1 | İtaliya | 3 630 329,4 | 1 358 153,34 |
2 | Hindistan | 845 590,52 | 346 185,84 |
3 | İspaniya | 517 887,6 | 179 876,63 |
4 | Ukrayna | 339 389,1 | 111 480,59 |
5 | Portuqaliya | 312 238,47 | 123 689,47 |
6 | İsrail | 305 699,37 | 124 942,82 |
7 | Çin | 277 516,67 | 102 592,36 |
8 | Xorvatiya | 187 115,67 | 61 850,91 |
9 | Belarus | 181 551,25 | 76 241,21 |
10 | Böyük Britaniya | 180 697,99 | 81 134,71 |
11 | Almaniya | 91 823,81 | 37 383,31 |
12 | Rumıniya | 84 725,08 | 30 584,11 |
13 | Avstraliya | 54 975,82 | 20 884,24 |
14 | Tunis | 29 783,94 | 6 786,9 |
15 | Türkiyə | 7 948,39 | 2 774,2 |
16 | Rusiya | 165,91 | 55,62 |
©️ APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























