Neftin ədalətli və məntiqi qiyməti 60-75 dollardır - ekspert iddiası
Tələb və təklifin bir-birini tarazlaşdıraraq, qiyməti bu həddə müəyyənləşdirəcəyi daha ağlabatandır.Məşhur ABŞ müəllifi, enerji mütəxəssisi, iqtisadi tarixçi və IHS Markit tədqiqat və informasiya şirkətinin rəhbəri, Xarici Əlaqələr Şurası adlı QHT-nin direktoru, ABŞ Enerji Assosiasiyasının prezidenti və enerji sahəsində Pulitzer mükafatına layiq görülən bir sıra kitabların müəllifi Daniel Hovard Yergin (Dan Yergin) neft bazarındakı proseslər haqqında öz mülahizələrini açıqlayıb.
Marja xəbər verir ki, CNBC kanalına müsahibə verən Yergin neftin cari ildəki ağlabatan və ədalətli qiymətinin 60-75 dollar ətrafında dəyişməli olduğunu bildirib.
Ekspert ötən ilin aprelində OPEC və onun müttəfiqləri tərəfindən hasilatın gündəlik 9,7 milyard barrel azaldılması barədə razılığa gəlinməsindən bəri hələ də “kifayət qədər iri həcmli artıq neft” qaldığını və onun bazar geri qaytarılmadığını qeyd edib: “ABŞ iqtisadiyyatı dirçəlir. Çin artıq özünə gəlib. Əgər dünyanın qalan hissəsi də iqtisadi fəallığı bərpa etsə, o zaman neftin qiymətinin 60-75 dollar aralığında olacağını düşünürəm. Bu qiyməti bizə bazar diqtə edir”.
Xatırladaq ki, martın ortalarında ABŞ-ın qocaman investisiya şirkəti Piper Sandlerin texniki-strateji analitiki Kreyq Conson neft qiymətlərinin bu il 100 dolları ötə biləcəyini iddia etmişdi.
Dan Yergin bu fikirlə razılaşmayaraq, hələ də böyük həcmdə neftin ehtiyatda qaldığını və qlobal iqtisadi artım ehtiyaclarını müəyyən müddətə tam qarşılaya biləcəyini qeyd edir: “Tələb-təklif balansının təzyiqi böyüyəcək və hasilatı artırmaq lazım gələcək, ABŞ da hasilatda öz payını yenidən bərpa edəcək. Amerika hiper iqtisadi sürətlə özünə gəlir, Çin artıq böyük ölçüdə istehsal sahələrini bərpa edib və bu mütləq tələbatı artıracaq. Ən böyük əminsizlik hazırda Avropa ilə bağlıdır, çünki karantin tədbirlərinin nə zaman bitəcəyini və Avropanın yenidən böyüməyə başlayacağını proqnozlaşdırmaq çətindir”.
Hazırda Brent markalı neftin bir barreli 67 dollardan satılır, Qərbi Texas nefti isə təxminən 64 dollara təklif olunur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























