Bakıda avtomobil sərgisi keçiriləcək
"Azpromo", Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, "İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək" İB təşkilatı dəstəyi ilə avtomobil sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər, avtomobil və ona aid ehtiyat hissələri, məhsul və aksessuarların istehsalçıları, onların yerli dillerləri və distribütorları, ixracatçılar və iş adamlarının iştirakı ilə 28-30 iyun tarixində beynəlxalq "Caspian Motor Show" avtomobil sərgisi keçiriləcək.
"İTF Group" şirkətinin rəhbəri və təsisçisi Ağahəsən Müntəzinin sözlərinə görə, avtomobil sənayesi üzrə fəaliyyət göstərən bütün şirkətlər və onların yerli nümayəndəlikləri sərgidə iştiraka dəvət olunub.
ƏLA FÜRSƏT: 17600-DƏN BAŞLAYAN 4X4 AVTOMOBİLİ
"Təşkilatçı olaraq bu sərgini keçirməkdə əsas məqsədimiz avtomobil sənayesi üzrə ən yeni nailiyyətlər və texnologiyaların yüksək səviyyədə nümayişi, Azərbaycanda avtomobil sənayesinə marağı olan investorların cəlb edilməsi, ölkəyə investisiya axının təmin edilməsi və istehsalatın inkişafı, yeni iş yerlərinin yaradılması, eləcə də avtomobil və ona aid avadanlıqlar və məhsulların keyfiyyət göstəricilərinin yüksəldilməsi üçün münbit və məhsuldar atmosferin yaradılmasından ibarətdir. Sərgidə Almaniya, Koreya, Çin və İrandan iri istehsalçı şirkətlər iştirak edəcək",- deyə A.Müntəzini vurğulayıb.
Bundan başqa, sərgi çərçivəsində iş adamları arasında konstruktiv əlaqələrin yaradılması məqsədilə biznes-forumların da keçirilməsi nəzərdə tutulub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
- 4 d. əvvəl
- 10 d. əvvəl
- 14 d. əvvəl
-
23 d. əvvəl
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
-
32 d. əvvəl
"Qarşıdakı 2 həftə ərzində İran ilə müharibədə “tam qələbə” elan edəcəyik"
-
37 d. əvvəl
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
-
38 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
42 d. əvvəl
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
-
44 d. əvvəl
Mərkəzi Bank: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib
Azərbaycanda həbs edilən Fransa şirkəti rəhbərinin cəzası azaldıldı
Ən çox oxunanlar
Azərbaycanda ilin sonunadək dələduzluqla mübarizə üzrə yeni qaydalar tətbiq olunacaq
Bu il Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramı qəbul olunacaq - 2027-2030-cu illəri əhatə edəcək
Azərbaycan neftinin son qiyməti
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb

























