"Arada 80 qəpik fərq var, amma bizim suyumuz daha keyfiyyətlidir və təbiidir"
"Gələn illə bağlı yeni istehsal planlarımız var, yeni məhsul çeşidləri nəzərdə tutmuşuq".
Marja xəbər verir ki, bunu “Slavyanka və “Gədəbəy” sularının istehsalçısı “Gədəbəy Mineral Suları” MMC-nin icraçı direktoru Adil Haqverdiyev bildirib.
O, bildirib ki, hazırda istehsalat müəssisəsində 50 nəfər işçi var və onların 95 faizi yerli sakinlərdir. Şirkətin 15 min aktiv müştərisi, ümumilikdə 30 min nəfərlik müştəri bazası var. Lakin bazarın böyümə trendi var və müəssisə qarşısına daha çox çatdırılma etməyi hədəf qoyub:
“Biz istəyirik insanlar bilsinlər ki, həqiqətən onların suyu Gədəbəyin bulaqlarından gəlir. Bizim qiymətimiz də çox rəqabətcildir. Bakıda doldurulan suların 19 litri 2,5-3 manata başa gəlirsə, bizdə 3,80 manatdır. Arada 80 qəpik fərq var, amma bizim suyumuz daha keyfiyyətlidir və təbiidir. Gələn illə bağlı yeni istehsal planlarımız var, yeni məhsul çeşidləri nəzərdə tutmuşuq. Pandemiyadan sonra bazar yüksəlmə trendində olacaq. Çalışacağıq ki, onu qarşılaya bilək. Hazırda Qarabağda gedən yenidənqurma işlərində şirkətlərin suyunu biz təmin edirik. Bu özü ciddi işdir, biz həm Azərbaycanı əhatə edən şəbəkənin olması, həm tanınırlığa və keyfiyyətli məhsula görə, həm də korporativ əlaqələri güclü olması baxımından tək şirkətik”.
“Gədəbəy Mineral Suları” zavoduna su dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən dağlardan 8 bulaqdan su gəlir. Bunlardan biri - “Novlu bulaq” ana bulaqdır. Bulaq 1827-ci ildə Gədəbəyə gələn almanlar tərəfindən qurulub. “Cəyir” bulaq zavodun yaxınlığındakı dağın arxa tərəfindən gəlir. Zavoda bunlarla yanaşı, daha 6 bulaq axır. Hazırda müəssisənin istehsal gücü gün ərzində 250 min litrdir, bunu 400 min litrə qədər yüksəltmək mümkündür.
Filtrdən keçmiş su anbarda bir qədər dincəldikdən sonra ikinci anbara gedir. Burada su növbəti filtrə - qum və kömür filtrinə daxil olur. Bu mərhələdə suyun asılı maddələri tutulur, fiziki və kimyəvi tərkibinə isə toxunulmur. Beləliklə, “Slavyanka” və “Gədəbəy” qazlı və qazsız suları dünyada qəbul olunmuş “İSO” sertifikatının tələblərinə uyğun istehsal edilir. İldə bir dəfə standartın tələblərinə əməl olunub-olunmadığı yoxlanılır və sertifikat yenilənir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 46 d. əvvəl
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
2 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma











.jpg)











.jpg)

