“Cənub Qaz Dəhlizi” ötən ili mənfəətlə başa vurub
“Cənub Qaz Dəhlizi” QSC 2020-ci ili 13 milyon 72 min ABŞ dolları mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2019-cu ildən 280 milyon 751 min dollar zərərlə çıxmışdı.
Ötən il “Cənub Qaz Dəhlizi”nin əməliyyat gəlirləri 861 milyon 551 min dollar (əvvəlki ilə nisbətən 90,35% çox), satışının maya dəyəri 295 milyon 534 min dollar (19,5% çox), ümumi və inzibati xərcləri 212 milyon 832 min dollar (2,2 dəfə çox), nəqletmə xərcləri 18 milyon 169 min dollar (3,4 dəfə çox), faiz gəlirləri 37 milyon 358 min dollar (16,3% az), asılı müəssisələrdən gəlirləri 17 milyon 265 min dollar (əvvəlki il olmayıb), digər gəlirləri 28 milyon 722 min dollar (25,8% çox), maliyyə xərcləri 395 milyon 505 min dollar (10,1% az), məzənnə fərqindən zərəri 1 milyon 649 min dollar (41,4% az), mənfəət vergisi ödəmələri isə 8 milyon 135 min dollar (7,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Cənub Qaz Dəhlizi”nin aktivləri 12 milyard 676 milyon 671 min dollar olub ki, bu da illik müqayisədə 0,2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri cüzi artaraq 9 milyard 449 milyon 76 min dollara, balans kapitalı isə 0,6% artaraq 3 milyard 227 milyon 595 min dollara çatıb.
Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında,“Şahdəniz” qaz-kondensat yatağının tam miqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415 milyon 800 min dollardır. Şirkətin səhmlərinin 51%-i İqtisadiyyat Nazirliyinə, 49%-i isə Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























