"Mikro və kiçik sahibkarların 79%-nin maddi vəziyyəti pisləşib, gəlir 40% civarında azalıb" - TƏDQİQAT
COVİD-19 pandemiyasının Azərbaycanda mikro və kiçik bizneslərə təsirinin araşdırılıb. Respondentlərin böyük əksəriyyəti böhrandan çıxmaq üçün aşağı faizli (5-15%) kreditlərin asan şərtlərlə verilməsini istəyib.Hazırda bütün dünyada koronavirus (COVİD-19) pandemiyası səbəbindən müşahidə edilən vəziyyətə uyğun olaraq, Azərbaycanda da mikro və kiçik bizneslərin dayanıqlığı pandemiyanın yaratdığı böyük iqtisadi çətinliklər nəticəsində xüsusilə böyük təzyiq altına düşmüşdür. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) COVİD-19-un Azərbaycanda mikro və kiçik bizneslərə təsirini daha dərindən araşdırmaq məqsədi ilə tədqiqat layihəsi həyata keçirmişdir
AMFA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, layihə çərçivəsində dekabr 2020 – fevral 2021 dövrü ərzində Azərbaycanın bütün regionları əhatə olunmaqla 1001 mikro və kiçik sahibkarla müsahibələr aparılmışdır.
İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyə dəstəyi ilə Layihənin əsas icraçısı “Finance and Social İnnovation Consulting” MMC (FSİC) maliyyə xidməti təminatçıları üçün Sosial Fəaliyyət üzrə İşçi Qrupu (SPTF) tərəfindən hazırlanmış və qlobal səviyyədə tətbiq olunan COVİD-19 Müştəri Müsahibə Alətinin lokallaşdırılmış versiyasının vasitəsi ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri və AMFA üzvü olan bank olmayan kredit təşkilatları – FİNCA Azərbaycan, Aqrarkredit, İnkişaf üçün Maliyyə, Viator Mikrokredit, Avrasiya-Kredit, Qafqaz Kredit və EmbaFinans təşkilatlarının müştəriləri arasında müsahibələr aparmışdır.
Tədqiqat Layihəsinin məqsədi mikro və kiçik sahibkarların hansı maliyyə dəstəyinə ehtiyacı olduğunu, hansı siyasət və ya tənzimləyici dəyişikliklərin onlara fayda verə biləcəyini və bizneslərinə dəstək olmaq üçün hansı əlavə addımların lazım olduğunu araşdırmaq olmuşdur. Tədqiqatın nəticələri və müvafiq tövsiyələr Tədqiqat Hesabatı və Siyasət Sənədi şəklində ümumiləşdirilməklə, dövlət orqanları, beynəlxalq inkişaf təşkilatları, biznes assosiasiyaları və tərəfdaş mikromaliyyə təşkilatlarına təqdim edilmişdir.
Tədqiqat zamanı həm kişi, həm qadın respondentlərin orta hesabla 79%-i pandemiya dövründə maddi vəziyyətlərinin pisləşdiyini bildirmişlər. Respondentlərin bütün mənbələrdən orta illik gəliri 2019-cu ilə nisbətən 2020-ci ildə 40% civarında azalmışdır.
Respondentlərin əsas narahat edın məsələ işləmək və gəlir əldə etmək imkanı və ailələrinin sağlamlıq durumu olmuşdur. Diqqəti cəlb edən məqam işləmək və gəlir əldə etmək imkanı ilə bağlı narahatlığın artan tendensiya ilə davam etməsi olmuşdur. Belə ki, 2020-ci ilin dekabr ayında respondentlərin yalnız 43,1%-i bu istiqamətdə öz narahatlıqlarını ifadə etdikləri halda 2021-ci ilin yanvar və fevral aylarında bu göstərici müvafiq olaraq 60,8% və 64,9%-ə yüksəlmişdir ki, bu da gəlir əldə etmənin mikro və kiçik sahibkarlar üçün əsas problem olaraq qalmasını göstərir.
Respondentlərin böyük əksəriyyəti böhrandan çıxmaq üçün aşağı faizli (5-15%) kreditlərin asan şərtlərlə verilməsini istəmişlər. Respondentlər daha aşağı dərəcələrlə dövlət tərəfindən dəstəklənən xüsusi kredit proqramlarının olmasına baxmayaraq, bu cür kreditlərin mikro sahibkarlara verilməməsindən şikayətlənmişlər. Bundan əlavə, Hökumətin kredit ödənişlərini kompensasiya etməsini – əsas məbləğin və faiz ödənişlərinin tam olaraq, yaxud qismən bağışlanmasını xahiş edənlər də olmuşdur.
Respondentlər həmçinin kompensasiyalar, vergi güzəştləri və digər subsidiyalar şəklində Hökumət dəstəyinin davam etməsini və daha çox insanı əhatə etməsini arzu etmişlər. Kredit ödənişlərinə tətillərin verilməsi, qrant şəklində əlavə kapitalın təmin olunması və bazarlara çıxışa yardım edilməsi mikro və kiçik bizneslərin canlanması üçün əsas hərəkətverici qüvvələr kimi qeyd olunmuşlar.
Layihə və tərəfdaşları barədə əlavə məlumat üçün istinadlar:
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 37 d. əvvəl
-
- 45 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
İlqar Əliyev “Azfinans”ı satıb
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma






.jpg)
.jpg)




.jpg)




.jpg)






